t s

» » Əli İnsanovun həbs müddəti uzadılıb

Əli İnsanovun həbs müddəti uzadılıb

10-01-2017, 18:24 Yazar:  Nuhu Baxılıb: 77 Çap et
Əli İnsanovun həbs müddəti uzadılıbQaradağ rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində seçilmiş həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının təqdimatına baxılıb.

Mediaxeberleri.az-ın Report-a istinadən verdiyi məlumatına görə, məhkəmə prokurorluq orqanının təqdimatını təmin edib.

Qərara əsasən, Ə.İnsanovun barəsində həbs müddəti daha 2 ay artırılıb.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il il avqustun 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Qaradağ Rayon Məhkəməsində onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:25 Əli İnsanova yeni cinayət işi açılıb – YENİLƏNİB Əli İnsanovun nədə ittiham edildiyi məlum olub. Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovA Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və
09:33 Əli İnsanovun türmədən şok mesajı: “...böyük hesablaşmam olacaq” Sabiq nazirlə bağlı yayılan xəbərin pərdəarxası; İqtidarın keçmiş səhiyyə nazirinin təhdidinə yeni cinayət işinin açılacağı xəbəri ilə cavab verdiyi deyilir; “Beş yüz minlik qərbi azərbaycanlı ordusunun ağsaqqalı”nın dustaqlığının bitməsi müxalifətin də marağında deyil... İyunun 7-də sabiq səhiyyə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az