t s

» » 2000 sosial mənzil inşa olunacaq - Prezidentdən müjdə

2000 sosial mənzil inşa olunacaq - Prezidentdən müjdə

10-01-2017, 15:52 Yazar:  Nuhu Baxılıb: 109 Çap et
2000 sosial mənzil inşa olunacaq - Prezidentdən müjdəPrezident İlham Əliyev onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlar və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Cənub” qaz dəhlizinin və Şahdəniz-2 layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirib.

Mediaxeberleri.az xəbər verir ki, prezident inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini deyərək, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı şəhərinin daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:21 Prezident hökumət qarşısında sərt tələblər qoydu Xəbər verdiyimiz kimi, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Prezidenti İlham Əliyev konfransda iştirak edib.
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
19:58 TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri... Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat
21:40 TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY “Bu, texniki baxımdan çox çətindir”. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az