t s

» » Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır

Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır

10-01-2017, 14:56 Yazar:  Nuhu Baxılıb: 63 Çap et
Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.

Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

O qeyd edib ki, maaşlar 7%, pensiyalar 8% artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb:

“Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: “İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
20:29 Əli Həsənov: "Ölkəmizdə yalnız bir məsələ həll olunmamış qalır" Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mediaxeberleri.az xəbər verir ki, Komitədən Teleqraf.com-a verilən
16:21 Prezident hökumət qarşısında sərt tələblər qoydu Xəbər verdiyimiz kimi, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Prezidenti İlham Əliyev konfransda iştirak edib.
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
02:56 Nazir: Dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşəcək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az