t s

» » 2017-ci ilin ilk hərracında 30 dövlət əmlakı özəlləşdirilib

2017-ci ilin ilk hərracında 30 dövlət əmlakı özəlləşdirilib

10-01-2017, 13:09 Yazar:  Məmməd Məmmədov Baxılıb: 148 Çap et
2017-ci ilin ilk hərracında 30 dövlət əmlakı özəlləşdirilib
Yanvarın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə 2017-ci ilin ilk hərracını keçirib. Hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. Altı kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Budəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Mediaxeberleri.az
xəbər verir ki, Komitədən daxil olan məlumata görə, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.

Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev prospekti, 139A) baş tutmuş hərracda özəlləşdirilib.

Həmin gün regionlarda da hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.

Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanı rayonunda yerləşir.

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini, əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələnən alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Qeyd edək ki, ƏMDK tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:59 84 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb – SİYAHI Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən Mediaxeberleri.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
17:54 Azərbaycanda 65 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yeniliklərə başlanıb. Mediaxeberleri.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “APA-Economics”ə verilən məlumata görə, komitənin qərarı ilə çoxsaylı dövlət
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az