t s

» » Məktəb psixoloqları üçün təlimlərə başlanılıb

Məktəb psixoloqları üçün təlimlərə başlanılıb

10-01-2017, 12:40 Yazar:  Məmməd Məmmədov Baxılıb: 145 Çap et
Məktəb psixoloqları üçün təlimlərə başlanılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə başlanılıb.

BŞTİ-dən bildiriblər ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevraladək davam etdirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdir.

Layihə çərçivəsində əvvəlcə ümumi təhsil məktəblərinə “Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib. Sorğuda 241 məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub. Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, bir internat və bir məcburi köçkün məktəbinin psixoloqları iştirak edib.

Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və “Humel” Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.AZƏRTAC




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:07 “UÇUŞ ZOLAĞI” layihəsinə yekun vuruldu Valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının sosial adaptasiyasına ictimai dəstək verilir Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə
13:09 Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər
17:23 Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, nazirliklər hansı işləri görür? Son günlərdə ölkədə intiharlarla bağlı statistikada yenə artım nəzərə çarpır. Az qala elə gün olmur ki, kimsə özünü öldürməsin. İntihara əl atan şəxslərin yaş həddinə baxdıqda, mənzərənin təhlükəli olduğu görünür. 20-li
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az