t s

» » Fuad İsgəndərov: Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir

Fuad İsgəndərov: Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir

10-01-2017, 11:50 Yazar:  Məmməd Məmmədov Baxılıb: 100 Çap et
Fuad İsgəndərov: Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir
Azərbaycan Avropa İttifaqı (Aİ) tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Avropa İttifaqı sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir.

Mediaxeberleri.az
xəbər verir ki, bu fikirləri Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov “EurActiv” portalına müsahibəsində söyləyib.

Səfir deyib: “Bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, onlar strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar, Riqa Zirvə görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi. Bu, kifayət qədər aydındır. Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək. Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən, siyasi dialoq üçün çox möhkəm əsasımız var. Bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Danışıqlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək”.

“Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı suala cavabında səfir bildirib ki, bu layihə hər iki tərəf - Aİ və Azərbaycan üçün çox önəmlidir. “Mən, hətta “hər iki tərəf” demək istəmirəm. Əvvəlcə, bu layihəyə cəlb olunmuş ölkələr və şirkətlər üçün əhəmiyyət daşıyır. Bu, çox önəmlidir. İkincisi, bu, həqiqi layihə idarəçiliyi məsələsidir. Bu layihə həm də Şərq Tərəfdaşlığının uğuru üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu, həm də enerji barədə, doğma Avropanın gələcəyi barədədir. Bu, bizim üçün də əhəmiyyətlidir, çünki enerji olmadan gələcəyi qurmaq olmaz. Biz bunu həm yeni ixrac bazarı, real gəlir üçün imkan və nəhayət, siyasi və praktik dialoq üçün çox yaxşı və möhkəm əsas kimi görürük”, - deyə F.İsgəndərov bildirib.

Səfir qeyd edib ki, Azərbaycan sivilizasiyaları və mədəniyyətləri birləşdirməyi bacaran ölkədir. Bu ölkə coğrafi cəhətdən sivilizasiyaların kəsişməsində yerləşir. Təəssüf ki, tarixdən göründüyü kimi, bir çox hallarda bu yolayrıcları döyüş meydanlarına çevrilir. Biz isə körpülər qurmağı bacardıq və buna çox sevinirik. Bizim modelimiz avropalı dostlarımıza nümunə ola bilər. Çünki Azərbaycan dünyəviliyin və Avropa yaşam tərzinin harmoniya olunduğu müsəlman çoxluğa malik bir ölkədir. Şərq tərəfdaşlarından biri kimi Azərbaycan təcrübəsi avropalı dostlarımız üçün faydalı ola bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat bu problemin 25 ildir ki, həll edilməmiş olaraq qaldığını söyləyib. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var və işğal edilmiş ərazilərdə bir nəfər də azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki Şərq Tərəfdaşlığına üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Avropa İttifaqının səsi bu məsələdə daha ucadan gəlməlidir.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair suala cavabında səfir deyib ki, bu yaxınlarda ölkəmizdə postneft erası ilə bağlı yol xəritəsi qəbul edildi. Növbəti illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün ən ciddi prioritetlərdən biri olacaq. Əlbəttə ki, enerji sahəsindəki fəaliyyətlərimizə davam edəcəyik. Lakin iqtisadiyyatın inkişaf etdirilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Misal üçün, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət. Biz Aİ-dən olan dostlarımızla onların bu sahədə malik olduqları təcrübəni nəzərə alaraq davamlı və konstruktiv danışıqlar aparmaq istərdik.

Səfir qeyd edib ki, Azərbaycanın Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətləri yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. İstər Aİ qurumları, istərsə də üzv ölkələrin daimi nümayəndəlikləri ilə gözəl dostluq əlaqələri qurmuşuq. Hər iki istiqamətdə də işləyirik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az