t s

» » Bakıda iki şagirdinə təcavüz edən müəllimə hökm oxundu

Bakıda iki şagirdinə təcavüz edən müəllimə hökm oxundu

10-01-2017, 11:45 Yazar:  Günel Baxılıb: 94 Çap et
Bakıda iki şagirdinə təcavüz edən müəllimə hökm oxunduZorlamada təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 1954-cü il təvəllüdlü Abbas Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediaxeberleri.az Teleqraf-a istinadən xəbər verir ki, Abbas Məmmədov Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Rəssamlıq Hazırlıq Kursunda rəsm müəllimi işləyib. O, yanına rəsm çəkməyi öyrənməyə gələn 2005-ci il təvəllüdlü Nərgiz Məmmədova (ad və soyad şərti verilib) ilə cinsi əlaqədə olub.

Abbas Məmmədov 2014-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının 14-nə kimi olan müddət ərzində Nərgiz Məmmədova ilə ayrı-ayrı vaxtlarda 7-8 dəfə cinsi əlaqəyə girib.

Bundan başqa, Abbas Məmmədov Rəssamlıq Hazırlıq Kursunda 20 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə, 6 dəfə 2004-cü il təvəllüdlü Sahibə Əliyeva (ad və soyad şərti verilib) cinsi əlaqədə olub. O, ilk dəfə hazırlıq kursuna gələn Sahibə ilə iyunun 20-də cinsi əlaqədə olub.

Abbas Məmmədov həmin gün Sahibəni hazırlıq kursunun emalatxana otağına dəvət edib. Orada Sahibənin köməksiz vəziyyətindən istifadə edərək, onu öldürəcəyi ilə hədələyib.

O, azyaşlı qızın saçından tutaraq dartıb və sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib. Sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib və daha sonra qeyri-təbii yolla onunla cinsi əlaqəyə girib. Sonuncu dəfə o, Sahibə ilə iyunun 29-da cinsi əlaqədə olub. O, azyaşlı qıza hədə-qorxu gələrək, etdiyi hərəkətlər barədə heç kimə deməməsini tapşırıb.

Lakin həmin gün Sahibə başına gələn hadisəni valideynlərinə danışıb. Bundan sonra Sahibənin valideynləri polisə şikayət edib. Şikayət əsasında Abbas Məmmədov həbs edilib və onun hər iki cinayətinin üstü açılıb.

Abbas Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az