t s

» » TAP-ın inşası üzrə indiyədək Yunanıstan və Albaniyada boruların 129 kilometri qaynaqlanıb

TAP-ın inşası üzrə indiyədək Yunanıstan və Albaniyada boruların 129 kilometri qaynaqlanıb

10-01-2017, 10:46 Yazar:  Məmməd Məmmədov Baxılıb: 104 Çap et
TAP-ın inşası üzrə indiyədək Yunanıstan və Albaniyada boruların 129 kilometri qaynaqlanıb
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə indiyədək Yunanıstan və Albaniyada boruların 129 kilometri qaynaq edilib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, bu vaxtadək Yunanıstan və Albaniya TAP boru kəməri marşrutu boyunca 244 kilometr ərazi təmizlənib, 166 kilometr borular xətt üzrə düzülüb və boruların 129 kilometri qaynaqlanıb.

Qeyd edək ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 32 faizi icra olunub.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.AZƏRTAC

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:52 TAP-ın təməlqoyma mərasimi keçirilir Mərasim Yunanıstanın Saloniki şəhərində keçirilir. Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi keçirilir. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini
19:11 TAP layihəsinin ümumi xərcləri azalıb - SOCAR Dünya bazarında gedən proseslər "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin gerçəkləşməsinə əngəl törətmir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən
19:58 TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri... Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat
18:49 Putin Azərbaycan qazını əngəlləmək üçün 5 milyard avro verir Yunanıstan baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqlara dair sensasion məlumat yayılıb. Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı Yunanıstanın hakim SYRİZA partiyasındakı yüksək rütbəli mənbəyə istinadən yazdığına
21:40 TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY “Bu, texniki baxımdan çox çətindir”. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az