t s

» » Odda yanmaz, suda batmaz kağız kəşf olundu

Odda yanmaz, suda batmaz kağız kəşf olundu

10-01-2017, 08:23 Yazar:  Nuhu Baxılıb: 31 Çap et
Odda yanmaz, suda batmaz kağız kəşf olunduÇinli alimlər maraqlı kəşfə imza atıblar.

Mediaxeberleri.az Trend-ə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası nəzdində Şanxay Keramika İnstitutunun professoru Çju İnçzenin başçılıq etdiyi tədqiqatçılar qrupu alovda yanmayan və suyun təsirinə davamlı kağız yaratmağa müvəffəq olublar.

Tədqiqatçıların fikrincə, bu nadir materialın dünyada analoqu yoxdur. Yeni yaradılmış qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm struktura malikdir və ekstremal şəraitdə mexaniki zədələrə məruz qalmır. Müəlliflər artıq bu ixtiraya patent almaq üçün sorğu göndəriblər.

İxtiraçıların sözlərinə görə, yeni material 200 dərəcə Selsi temperatura davam gətirir. Kağız öz strukturu sayəsində mexaniki zədələndiyi halda belə suyu özünə hopturmur. Süd, qəhvə, şirə və ya çayla təmas zamanı material üzərində heç bir iz qalmır. Xüsusi mühüm sənədlərin saxlanılmasında, küçələrdə reklam lövhələrində bu materialdan istifadənin daha əlverişli olduğu bildirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:19 Dünya elminə töhfə verən azərbaycanlı alim Akademik Yusif Məmmədəliyevin adını orta məktəbdə oxuyarkən kimya müəllimimdən eşitmişdim. Doğrusunu deyim ki, o vaxtdan bəri bu böyük insanı görmək arzusu ilə yaşayırdım. Mənim kimyaçı olmağımın bir səbəbi o dövrdə dövlət səviyyəsində “Kimyalaşdırma” siyasəti getdiyinə görə idisə, digər əsas
16:33 Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""... Az əvvəl məlumat verərək bildirdik ki, “Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb. Xəbərdə deyilirdi ki,
09:27 Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusu alması xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq; Qərblə münasibətlərin indiki gərgin vaxtında Rusiya və Çinin yanında yer almaq cəhdi nəyə hesablanıb? Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş
23:29 Qüdrət İsaqov: "Bizə analoqsuz inkişaf lazım deyil" Manatımız 1 günün içində çökdü! Analoqsuz inkişafımız çat verdi! Analoqsuz inkişaf nədir? Yəni bu elə bir inkişafdır ki, onun dünyada analoqu yoxdur. Bu inkişafın nə siyasi, nə də iqtisadi analoqu yoxdur. Dünyada mövcud olan iqtisadi və siyasi sistemlər, onların qarışıqları məlum olan bir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az