t s

» » Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına – CAVAB

Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına – CAVAB

9-01-2017, 19:25 Yazar:  Nuhu Baxılıb: 160 Çap et
Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına – CAVABÖtən gün Rusiyanın “Telekafe” televiziya kanalında “Sən gəlməz oldun” musiqisi fonunda lavaş, kətə, təndir çörəyi və Azərbaycan mətbəxinə məxsus digər nümunələr erməni mətbəxi kimi təqdim edilib. Həmin veriliş 2014-cü ildə hazırlanıb və ötən gün yenidən yayımlanıb. Verilişin aparıcısının da erməni milliyətindən olduğu məlum olub.

Mediaxeberleri.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli mətbəx və digər mədəniyyət nümunələri ilə bağlı iddialar səsləndirib, lakin həmişə uğursuzluğa düçar olublar:

“Ötən ilin 28 noyabr - 2 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “İncə çörək hazırlama və paylaşma mədəniyyəti: Lavaş, qatırma, yupka, yufka” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan ermənilərin iddiaları tamamilə əsassızdır və eyni zamanda “Telekafe” kanalında yayımlanan həmin proqramın 2 il bundan qabaq hazırlandığını nəzərə alsaq, ermənilərin bu iddiaları aradan qalxmış olur. Azərbaycanın zəngin mətbəxi var və bu mətbəx nümunələri Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət qurumları, o cümlədən Azərbaycanın peşəkar aşpazları tərəfindən ölkə xaricində mütəmadi təbliğ olunur”.

“Sən gəlməz oldun” musiqisinə gəlincə isə, V.Şıxəmmədov bildirib ki, bu, dünyada kifayət qədər məşhur olan və beynəlxalq tədbirlərdə səslənən bir musiqidir: “Musiqinin müəllifinin Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev olmasına dair heç bir şübhə yoxdur. Yəni hər kəs musiqinin kimə aid olduğunu bilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az