t s

» » Fikrət Yusifov - 2017-ci ildə xarici valyutada götürülmüş kreditləri nə gözləyir?

Fikrət Yusifov - 2017-ci ildə xarici valyutada götürülmüş kreditləri nə gözləyir?

9-01-2017, 11:32 Yazar:  Məmməd Məmmədov Baxılıb: 174 Çap et
Fikrət Yusifov - 2017-ci ildə xarici valyutada götürülmüş kreditləri nə gözləyir?
Manatın iki kəskin devalvasiyasından sonra əhalinin banklardan götürdüyü kreditlərin ödənişi sahəsində gərginliklər yaranmağa başladı.

Birinci devalvasiyadan sonra bu gərginliklər bir o qədər böyük olmasa da ikinci devalvasiya vəziyyəti kifayət qədər mürəkkəbləşdirdi. Kreditlərin ödənişi ilə bağlı çətinliklər bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən isə xarici valyutada götürülmüş kreditlərin ödənişi üçün vətəndaşların manat yükünün artması ilə bağlıdır. Manatın birinci devalvasiyasından başlayaraq bu günə qədər bu yük 2,2 dəfədən çox artıb.

Bu gün əhalinin banklardan götürdüyü 15,8 milyard manat kreditin 46 %-dən çoxu - yəni 7,3 milyard manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın rəsmi məlumatlarına görə xarici valyutada götürülmüş kreditlərin 10,2%-i gecikmiş kreditlərə aiddir. Manatla olan kreditlərdə bu gecikmə bir qədər az – yəni 7,4% təşkil edir. İkinci devalvasiyadan ötən dövr ərzində manatın məzənnəsində baş verən 14%-dən artıq rəsmi ucuzlaşma isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Qarşıda milli valyutanın tam sərbəst buraxılması ilə bağlı addımlar gözlənilir. Bu addımlardan sonra xarici valyutada olan kreditlərin ödənişi sahəsində vəziyyət indikindən daha çətin olacaqdır. Banklar indidən bunu göz önünüə almalıdırlar.

Mərkəzi Banka onların gecikən kreditlər haqqında verdikləri informasiyalar əksər hallarda bir neçə dəfə kiçildilir. Bununla da banklar vəziyyətlərinin heç də pis olmadığını göstərməyə çalışırlar. Biz dəfələrlə yazdıq, təkliflər verdik ki, banklar öz müştərilərinə qarşı güzəştə getsinlər, onlara bu kreditləri ödəməkdə yardımçı olsunlar. Ancaq təssüflər olsun ki, daha çox qazanmaq hərisliyi bankları öz mövqeyindən çəkindirə bilmədi. Onlar məhkəmə çəkişmələri yolu ilə problemi həll etməyə üz tutdular. Bu ən uğursuz seçim idi. Krediti ödəmək imkanı olmayandan nə isə əldə etməyə heç məhkəmə də kömək etməyəcək. On görə də nə qədər gec deyil banklar üzlərini müştərilərinə çevrməlidirlər.

Manat tam sərbəst buraxılandan sonra onlar xarici valyutada oalan kreditlərin heç 3-5%-ni də geri ala bilməyəcəklər. Vaxtılıə xarici valyutada əhaliyə zorla kreditlər verərək bəs deyincə qazanc əldə etmiş banklar indi də həmən qazancı öz müştəriləri ilə bölüşməlidirlər. Bir sözlə, indiki maliyyə çətinlikləri şəraitində bu yükü ancaq onlar özü çəkməlidirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az