t s

» » Erməni yazıçı Xocalıya görə Sərkisyana nələr yazdı...

Erməni yazıçı Xocalıya görə Sərkisyana nələr yazdı...

9-01-2017, 08:09 Yazar:  Nuhu Baxılıb: 47 Çap et
Erməni yazıçı Xocalıya görə Sərkisyana nələr yazdı...Məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub.

Mediaxeberleri.az-ın xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, o bu barədə öz Feysbuk səhifəsində yazıb.

"Kimlər ki Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki Serj Sərkisyanladır - onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır", - deyə Payatyan yazıb.

"Xocalıda soyqırımı olub!!! Və bunun üçün quldurlar cavab verməlidir - Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazqen Sərkisyan, Robert Köçəryan, Serj Sərkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatilləridir!" – yazıçının bəyanatında vurğulanıb.

Anna Payatyan Xocalı soyqırımı haqqında Serj Sərkisyanın abırsız bəyanatını da xatırladıb.

"Serj Sərkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Sizə və dünyaya təqdim edirəm: "Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”. Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu njde əclafları bizim xalqımızın adına qara ləkə vurdular!!!", - deyə erməni yazıçısı hiddətlə bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
02:48 İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib - FOTO Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib. İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, İstanbulda Xocalı soyqırımını lənətləyən yürüş və mitinq keçirilib. Turançı Hərəkat Platformasının koordinatorluğu ilə keçirilən yürüş

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az