t s

» » Azərbaycan mediası yazdı, Türkiyədə gənclərimiz qovuldu

Azərbaycan mediası yazdı, Türkiyədə gənclərimiz qovuldu

9-01-2017, 08:05 Yazar:  Nuhu Baxılıb: 44 Çap et
Azərbaycan mediası yazdı, Türkiyədə gənclərimiz qovuldu“O səs Türkiyə” müsabiqəsinə qatılan azərbaycanlı gənclər Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyev yarışmadan kənarlaşdırılıblar.

Mediaxeberleri.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova Feysbuk hesabında yazıb.

“Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin. İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənin “O səs Türkiyə” müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...

Amma, qurban sizə, irad bildirəndə elə edək, elə başa salaq ki, bu, bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda “O səs Türkiyə” yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir”, - A.Haşımova qeyd edib.

Musavat.com isə 5 azərbaycanlının - Gülşən İbadova, İlham Nəzərov, Zülfü Əsədov, Müşfiq Əliyev və Nofəl Aslanov – yarışmadan uzaqlaşdırıldığını yazıb və məsələyə aydınlıq gətirmək üçün yarışmadan kənarlaşdırılan ifaçıların bəziləri ilə əlaqə saxlayıb.

İtaliyadan "O səs Türkiyə" yarışmasına qatılan, ifası ilə münsifləri heyran qoyan Nofəl Aslanov hələ də nə baş verdiyini anlamadığını bildirib: "Bizim layihədən gözlənilmədən uzaqlaşdırılmağımız həm "Acun media", həm də müğənni Hadisənin tələbələri üçün çox anı oldu. Proqnoz bu idi ki, mən finala qədər gedim. Amma sonra gördük ki, belə deyil. Hələ də elə bilirəm ki, yuxudayam. Təsəvvür edin, Hadisənin qrupunda 84-cü adam idim. Səhər saat 10-dan, axşam saat 10-a qədər məşqdə oldum. Amma məni canlı efirə buraxmadılar. Çünki canlı efirə çıxsaydım, onlar məni çətin ki, kənarlaşdıra bilərdilər".

Nofəl Aslanov iştirakçıların internet resuslarındakı videolarının silinməsini təsdiqləyib: "Mənim ifamla bağlı olan videoya 3 gün ərzində 200 mindən çox baxış olmuşdu. Həmin video silinib. Bu məsələ hələ ki, mənim üçün qaranlıq qalıb. Olanlar barəsində isə bizə heç bir izahat verməyiblər".

Vokal ifası ilə "O səs Türkiyə" də möhtəşəm performans göstərən Gülşən İbadova azərbaycanı iştirakçəlara qarşı haqsızlıq edildiyini deyib: "Hələ ilk ifamda mənim mikrofonuma müdaxilə olunmuşdu. Ritm həmin ritm deyildi. Qəsdən elə sürətli ritm verilmişdi ki, mahnı heç 30 saniyə çəkməmişdi. İki dəqiqəlik mahnın 30 saniyəyə necə bitmişdi bilməmişdim. Biz çox psixoloji sarsıntı keçirirdik, ona görə ki, "Youtube"da baxış sayına görə rekord qıran videolarımızı "Acun media" silirdi. Bütün azərbaycanlıları bir qrupa salıb bizi qəsdən kənarlaşdırdılar. Səhnədən uzaqlaşdırılanda kənardan elə görünürdük ki, sanki biz onlara düşmənik. Mən səhnədə onlara öz sözümü demişəm. Yəqin ki, o hissəni videodan montaj edib kəsərlər. Bizi pis göstərmək üçün əllərindən gələni etdilər. Səhnədə qarşılanmaqları, yola salmaqları, bütün davranışları bizə qarşı idi. Bizim səsimizdən şou edib, özlərinə reytinq qazanıb, sonda bizi bu şəkildə layihədən kənarlaşdırdılar".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az