t s

» » Azərbaycanda dərmanların da qara bazarı formalaşır - Qubad İbadoğlu

Azərbaycanda dərmanların da qara bazarı formalaşır - Qubad İbadoğlu

8-01-2017, 00:46 Yazar:  Məmməd Məmmədov Baxılıb: 183 Çap et
Azərbaycanda dərmanların da qara bazarı formalaşır - Qubad İbadoğlu
2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.

Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılmış, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni qara bazarı formalaşmışdır. Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin,pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata,40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas probıemlərdən biri də dərmanların keyfiyyətidir. Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki,dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əzcaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
11:23 Evlərin ucuzlaşması: böhran, yoxsa real qiymətlərə yaxınlaşma? - TƏHLİL Ötən il Azərbaycanın valyuta bazarında baş verən sarsıntılar ölkənin bir çox sahələrə, o cümlədən də daşınmaz əmlakı bazarına mənfi təsir edib. Neftin kəskin ucuzlaşması səbəbindən ölkədə manatın çökməsi prosesi başlayıb və buna cavab olaraq ötən il iki devalvasiya həyata keçirilib. Əvvəl
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az