t s

» » Azərbaycanda dəhşət: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi - VİDEO

Azərbaycanda dəhşət: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi - VİDEO

7-01-2017, 01:19 Yazar:  Məmməd Məmmədov Baxılıb: 322 Çap et
Azərbaycanda dəhşət: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi - VİDEO
Bir neçə gün əvvəl Qubada yaşayan 10 yaşlı Nuray Bayramzadənin prezident İlham Əliyevə etdiyi müraciəti ciddi müzakirlərə səbəb olub.

Mediaxeberleri.az
xəbər verir ki, müraciətdə azyaşlı Nuray qeyd edir ki, ona bu günə kimi atalıq etməyən “bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan “bioloji ata”sını qəbul etmədiyini bildirirdi.

Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni “bioloji atası”na, “belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar. Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bunyadzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir. Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir “ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur?
Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir.

Belə halları ölkə başçısı İlham Əliyevin, uşaqların müdafiəıçisi olan birinci xanım Mehriban Əliyevanın və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir… Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar.bizimxeber.az

Videogörüntülərdən hər şey aydın görünür…





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az