t s

» » 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

6-01-2017, 21:15 Yazar:  Məmməd Məmmədov Baxılıb: 238 Çap et
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, planda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
10:08 "20 Yanvar"la bağlı sərəncam Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az