t s

» » Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər

Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər

6-01-2017, 14:56 Yazar:  Məmməd Məmmədov Baxılıb: 121 Çap et
Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər
“Hökumәtin nəzərdə tutulan tədbirləri həyata keçirməyəcəyi təqdirdə, 1 dollar üçün məzənnə 2 manat 20 qəpik - 2 manat 50 qəpik arasında qərarlaşacaq”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin hәdlәrini müəyyənləşdirmək çox çətin olacaq: “Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək.

Çünki hazırkı neft qiymətləri tədiyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər uzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır”.

Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: “Əgər biz 2018-ci ilə bugünkü problemlər və faktorlarla girsək, o zaman başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:45 Devalvasiya nə zaman qaçılmazdır? – YENİLƏNİB “Tədiyə balansındakı kəsir manatın dəyərinin kəskin ucuzlaşmasına “katastrafik” təsir etmir”. “Milli valyutanın məzənnəsinə təsir edən amillərdən ən mühümü tədiyə balansı göstəricisidir. Ümumiyyətlə, sadə dillə izah etsək, istər ticari məqsədlə idxal-ixrac əməliyyatları, istərsə də ticari də
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
20:30 "Bank dollarda olan kredit ödənişini yeni məzənnə ilə tələb edə bilməz" - Açıqlama Dollarla krediti qaytaranlar əvvəlki qayda ilə ödənişi həyata keçirməkdə davam edəcək Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə məzənnəsinin dəyişikliyi ilə əlaqədar yaranmış sualların sırasında 21 fevral 2015-ci il tarixinədək banklardan götürülmüş kreditlərin hansı pul

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az