t s

» » Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

31-12-2016, 09:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 147 Çap et
Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan Mediaxeberleri.az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə MBNP banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bununla əlaqədar olaraq 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300);

Email: rovshan.mammadli@fmsa.az

31 dekabr – 4 yanvar tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 İlham Əliyev nazirliyin rayon şöbələrini ləğv etdi Prezident sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət
20:37 AXCP-nin anti-böhran paketinə dəstək Partiya böhrandan çıxış yollarını göstərir Natiq Cəfərli: “Turizmi inkişaf etdirmək üçün viza rejimi sadələşdirilməlidir” Vüqar Bayramov: “Qonşu ölkələrdə turizmin inkişafına birbaşa dövlət dəstəyi var” Fəxrim Əbdüləzimov: “Müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə xüsusi diqqət
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
16:34 Mərkəzi Bank valyuta risklərinin idarə edilməsini bankların öhdəsinə buraxdı Ekspertlər bildirirlər ki, artıq banklar öz problemlərini özləri həll etməli olacaqlar; Mərkəzi Bankın valyuta ehtiyatları isə ən aşağı həddə düşüb Ölkədə fəaliyyət göstərən bankların valyuta riskləri arta bilər. Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az