t s

» » Məktəbli qızların əməli Rusiyanı şoka saldı – Video

Məktəbli qızların əməli Rusiyanı şoka saldı – Video

29-12-2016, 23:33 Yazar:  Məmməd Məmmədov Baxılıb: 142 Çap et
Məktəbli qızların əməli Rusiyanı şoka saldı – Video
Lüdmila İvanna adlı qadının öz oğlu ilə bağlı Oryol şəhərinin polis bölməsinə etdiyi müraciət tezliklə bütün ölkənin marağına səbəb oldu. Oğlu Dmitri Biryukovun öz dostları ilə bağa getdiyini və geri qayıtmadığını deyən Lüdmila İvanna biznesmen oğlunun başına nə gəldiyini öyrənmək istəyirdi.

Bu hadisənin böyük qalmaqal yaratmasının səbəbi itkin düşən gənc Dmitrinin uşaq oyuncaqları biznesinin sahibi olması idi. Dostu Yevgeni və iki qızla bağa gedən gənc dostu ilə birgə itmişdi. Maraqlısı odur ki, Dmitrinin sevgilisi və onun rəfiqəsi sağ-salamat bağdan geri qayıtmışdı, amma oğlanlardan xəbər yox idi.

Dmitrinin sevgilisi Yelena Suçkova polisə izahat verərkən bağda içki içib əyləndikdən sonra oğlanların harasa getdiyini və bir də geri qayıtmadıqlarını deyir. Polisin dindirdiyi ikinci sağ qalan şahid, Yelenanın rəfiqəsi Svetlana Olexina da eyni cür ifadə verir. Polis ifadələrin üst-üstə düşdüyünü görüb qızları sərbəst buraxır. Polis Dmitrinin şəxsi biznesi ilə əlaqədar olaraq düşmənlər qazanmasından və kriminal aləmlə baş-başa gəlməsindən şübhələnərək onun yaxın ətrafını bölməyə dəvət edərək dindirir. Dmitrinin bütün dostları bir ağızdan onun heç kimlə xüsusi bir probleminin olmadığını deyir.

Amma Lüdmila İvanna öz gənc oğlunun belə izsiz-tozsuz yox olmasına dözə bilmir, oğlunun yaxın dostunu çağırır və ondan xahiş edir ki, Dmitrinin sevgilisigilə – Yelenagilə gedib onunla yenidən danışsın.

Yelena əvvəlcə danışmaq istəməsə də, sonradan yalan ifadə verdiklərini, oğlanların başına nə gəldiyini etiraf edir. Yelenanın etiraflarından sonra davam edən polis araşdırması hər şeyi ortaya çıxarır. Bir-birinin ardıyca açılan böyük sirlər təkcə Dmitrinin valideynini və polisləri deyil, bütün ölkəni şoka salır.Axar.az

Daha ətraflı videoda:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az