t s

» » Görkəmli şair və publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olundu - AĞSTAFADA

Görkəmli şair və publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olundu - AĞSTAFADA

28-12-2016, 15:54 Yazar:  Gülnar Baxılıb: 436 Çap et
Görkəmli şair və publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olundu - AĞSTAFADA
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin təşkilatçılığı ilə dekabrın 27-də şair-publisist Nüsrət Kəsəmənlinin “Yazıçılar Evi”ndə 70 illik yubileyi keçirildi.

Biz hamımız onun şerləri ilə böyümüşük. Şerdə, ədəbiyyatda bəxtli, həyatda bəxtsiz Nüsrət Kəsəmənlinin yeri şairlərin yanında görünür.

Tədbiri giriş sözü ilə açan Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Nüsrət Kəsəmənlinin həyat və fəaliyyəti haqqında geniş danışdı.

Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Tatarov, Şairin həyat yoldaşı Rəhilə xanım, AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Xalq artisti Tariyel Qasımov, AYB-nin Qazax filialında ədəbi məsləhətçi, şair Mustafa Rasimoğlu, Ağstafa rayon Ağsaqqallar şurasının sədri, qocaman jurnalist Firdovsi Heydərli, Mediaxeberleri.az saytının rəhbəri Ələddin Kəsəmənli, Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, bölgə yazarları və rayon ictimaiyyətinin nümayəndələri və ba mədəniyyət və incəsənət işçiləri iştirak etdlər.

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal, Xalq Artisti Tariyel Qasımov, jurnalist Firdovsi Heydərli və digərləri çıxış edərək şairlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki, şair-publisist Nüsrət Kəsəmənli oxucularının yaddaşında daim yaşayacaq.

Sonda şairin həyat yoldaşı Rəhilə xanım çıxış edərək Nüsrət Kəsəmənlinin 70 illiyinin Ağstafada yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri Nüsrət Kəsəmənlinin şerlərini və sözlərinin müəllifi olduğu mahnıları ifadə etdilər.

“Dəli bir ağlamaq keçir könlümdən”

“…Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.”


Dahi şairlər Tanrının bir zərrəsidir. Tanrının zərrəsi olan Nüsrət Kəsəmənli də taleyini yazırdı, gələcəyini yazırdı. Bu şeri yazanda da görünür Tanrısi ilə söhbət edirmiş. Elə bil bilirdi ki, onun da məzarı unudulacaq. Sonda həyatdan küsmüşdü. Yazırdı ki, “Diz çöküb qarşında dua edirəm, Ucalardan uca bilirəm səni! Saxla bu ruhumu yanında Allah, Bir də bu dünyaya gətirmə məni ”!!!. Mən də sufi ruhumla onu hiss edirəm ki, Nüsrət Kəsəmənlidən bir də olmayacaq. Tanrı bu dəfə onu eşirmişdi. Yerə insanlara məhəbbət paylamaq üçün göndərdiyi zərrəni, öz yanına çağırdı, apardı, apardı ki… bir də bu dünyaya gətirməsin.

Görkəmli şair və publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olundu - AĞSTAFADA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az