t s

» » Ağstafada 1264 aztəminatlı ailəyə bayram sovqatları verildi

Ağstafada 1264 aztəminatlı ailəyə bayram sovqatları verildi

27-12-2016, 21:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 275 Çap et
Ağstafada 1264 aztəminatlı ailəyə bayram sovqatları verildi
Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.

Mediaxeberleri.az
-a daxil olan məlumata görə, Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.

Layihə çərçivəsində Ağstafa rayonu üzrə ünvanlı sosial yardım alan ailələrə 26 dekabr 2016-cı il tarixdə Heydər Əliyev Fondunun bayram sovqatları paylanıldı Hər il Heydər Əliyev Fondu tərəfindən rayonlarda təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyəti böyükdür. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən bu genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmaya səsləyən rəmzi məna daşıyır.

Bayram sovqatı alan sakinlər bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
19:03 Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib Martın 15-də Ağstafada Novruzun gəlişinə həsr olunmuş ümumrayon şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Mərasimdə çıxış edən rayon
20:50 Ağstafa məşəl estafetini qarşıladı Birinci Avropa Oyunlarının Alovu bu gün Ağstafa şəhərində qarşılanıb. Ağstafa rayonunun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Bakı-2015 ilk Avropa Oyunlarının məşəli Qazaxda keçirilən möhtəşəm festivaldan sonra Ağstafa rayonuna gətirilib. Mediaxeberleri.az-ın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az