t s

» » XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...

XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...

27-12-2016, 18:41 Yazar:  Tural Baxılıb: 60 Çap et
XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...
XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...
XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...
XİRDALAN ŞƏHƏRİ: 7 Qızıl Medal...Şabran rayon R.Yusifov adına 2 №li tam orta məktəb litseyində Azərbaycan Kyokşinkaykan Karate Federasiyasının yeniyetmə, kişilər və qızlar arasında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş Respublika turniri keçirildi. Turnirdə Beynəlxalq Kyokşinkaykan Karate Federasiyasının prezidenti, IX dan qara kəmər, əməkdar məşqçi müəllim Teyyub Əzizov , Şabran rayon İH-nin və rayon idman idarəsinin nümayəndələri də iştirak etdilər.

Turnirin açılış mərasimində çıxış edən Teyyub Əzizov , bu idman növünün respublikamızda günü-gündən inkişaf etməsindən, idmançılarımızın hətta beynəlxalq yarışlarda da uğurla çıxış edərək dünyanın müxtəlif yerlərində Azərbaycan bayrağını şərəflə dalğalandırdıqlarından böyük fərəh hissi ilə danışdı.

Sonra idmançıların vətənpərvərlik ruhunda hazırladıqları nümunəvi çıxışlar göstərildi.
Yarışlar II dan qara kəmər, Dünya və Avropa çempionu Elşad Əliyevin rəhbərliyi ilə keçirildi və tamaşaçılar tərəfindən çox maraqla qarşılandı.
Final görüşlərindən sonra diplom və medalların təqdimatı Federasiya Prezidenti və Şabran RİH nümayəndəsinin iştirakı ilə keçirildi. Turnirdə Elşad Əliyevin rəhbərlik etdiyi və 7 idmançı ilə təmsil olunan Xırdalan komandası yarışı 7 qızıl medal ilə başa vurdu.
İdmançılarımıza daha böyük uğurlar arzu edirik.

AYDIN ADIGÖZƏLLİ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az