t s

» » Kamran Ağayev “Boavişta”dan ayrılmaq istəyinə aydınlıq gətirib

Kamran Ağayev “Boavişta”dan ayrılmaq istəyinə aydınlıq gətirib

26-12-2016, 20:00 Yazar:  Nuhu Baxılıb: 110 Çap et
Kamran Ağayev “Boavişta”dan ayrılmaq istəyinə aydınlıq gətiribVətən üçün darıxmayan adam nadandır. Vətəni düşünməyən adamın şəxsiyyəti olmaz.

Mediaxeberleri.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubundan ayrılacağı barədə açıqlamasına aydınlıq gətirərkən deyib.

30 yaşlı qapıçı həmin açıqlamasına verilən neqativ reaksiyalara sərt münasibət bildirib:

“Bəziləri yazır ki, Kamran “papa uşağı”dır. Belə şeylər yazan şəxsiyyətsizdir. Bəli, atam üçün darıxıram. Adam atası üçün darıxmaz? Atam mənə deyir ki, ailə qurmaq lazımdır. Ömrünün çox hissəsini yaşayan adamdır. Əlbəttə, onun üçün darıxacağam. Mən komandasız qalanda gülürdülər. Amma indi hər kəs bir fikir bildirir. Deyirlər bizimkilər belədir-elədir. Nə olub bizimkilərə?”

Təcrübəli qolkiper “Neftçi”yə keçəcəyi barədə xəbərlərə də toxunub:

“Mən deməmişəm ki, “Neftçi”yə gəlirəm. Futbolçusansa, hər bir klubdan təklif ola bilər. Böyük klublardan təkliflər var. Amma şəxsi həyatımı daha çox istəyirəm. Həm darıxmışam, həm də istirahət etmək istəyirəm. Azərbaycanda oynayıb-oynamayacağımı deyə bilmərəm. Nə vaxt rəsmi nəsə olar, o zaman bu haqda danışa bilərəm. 10 il müqaviləsi olan futbolçunu da istəyirlər, təklif göndərirlər. Görürsən ya alınır, ya yox. Bəziləri deyir ki, mən Vətəni niyə düşünüm, Vətən məni düşünmür. Vətən səni yox, sən Vətəni düşünməlisən. Belə fikirlər səsləndirənlər normal adamlar deyillər. Yerin harda olsa da, Vətəni düşünməli, Vətən üçün darıxmalısan. Mən demirəm ki, ailə quracağam. Hazırda müqavilə ilə "Boavişta"ya məxsusam. Ailə qurmaq ciddi məsuliyyətdir. Lap ailəli olsan da, gedib Avropada qalmaq mümkündür. Məsləhət vermək olar, amma ağıl öyrətmək olmaz”.

K.Ağayev “Sumqayıt”da çıxış edə biləcəyini də söyləyib:

“Mən “Sumqayıt”ı çox istəyirəm. Çünki komandasız qalanda “Sumqayıt” üzümə qapı açdı. Bəlkə də hamısı edərdi, amma nəticə odur ki, “Sumqayıt” bunu etdi. Qayıdıb orada da oynayaram. İşləyən adamların arxasınca danışırlar. Mən Vətənim üçün darıxıb gəlmişəm. Çünki mən futbolu pula görə oynamıram. Şükür ki, hər şeyim var”.

Qeyd edək ki, Kamran Ağayevin "Boavişta" ilə cari mövsümün sonunadək müqaviləsi var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
01:58 Papanın və Vatikanın gerçək üzü: Öz Tanrısından pul qazanan, İsanı və dini satışa çıxaran holdinq Vatikan, iqtisadi siyasəti ilə “Dövlət Sosializmi”ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir rrPapa Francisin sonunda erməni yalanına ortaq olması Vatikanı bütün dünyanın diqqət mərkəzinə çevirdi. İllərdən bəri ermənilərin istədiyi, ancaq Vatikanın rədd etdiyi yalan birinci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az