t s

» » Tovuz sakininin qeyri-adi ixtiraları

Tovuz sakininin qeyri-adi ixtiraları

26-12-2016, 19:15 Yazar:  Nuhu Baxılıb: 62 Çap et
Tovuz sakininin qeyri-adi ixtiralarıDünyada bacarıqsız insan yoxdur. Sadəcə o qabiliyyəti üzə çıxarıb inkişaf etdirmək lazımdır. Tovuzun Dönük-Qırıqlı kənd sakini Aqil Məmmədov kimi. O, özündə olan yaratmaq qabiliyyətini real həyatda təzahür etdirməyi bacaranlardandır.

Mediaxeberleri.az ARB TV-yə istinadən xəbər verir ki, onun ilk əl işi ekskavatordur.

O, bu modeli şpris, taxta və nazik borulardan düzəldib. Çəkisi qədər də yük götürmək qabiliyyətinə malikdir. Hərəkət trayektoriyası da real texnikadan fərqlənmir.

Onun kəşf etdiyi bu qurğu isə enerji sərfiyyatı olmadan suyu özündən iki dəfə yuxarı qaldırmaq qabiliyyətinə malikdir. İki su qabı bir-birinə nazik borularla birləşdirilib. İçərisində yaranan sıxlıq suyu təziqlə bir qabdan digərinə itki vermədən ötürür. Bunun üçün birinci qab hökmən daimi su ilə təmin olunmalıdır. Fizika qanunlarının tətbiqi ilə enerji də almaq mümkün ola bilər.

Maraqlı kəşflərdən biri də bu qurğudur. Mühərrik və ya elektrik enerjisi olmadan bir neçə dəqiqə öz hərəkət trayektoriyasında fırlanır. Maketin hazırlanmasında taxta və rezin materialdan istifadə olunub.

Müsahibim bildirir ki, daha çox qurğu düzəldə bilər. Buna mane olan isə onun emalatxanasının, alətlərinin, maliyyə dəstəyinin olmamasıdır. Hələ ki, ona bu işləri ərsəyə gətirməkdə atası və dostları yardım edir.

Aqil mühəndislərdən məsləhət alaraq daha böyük işlər görmək istəyir. Deyir ki, ixtirasını bir az da təkmilləşdirsə düzəltdiyi qurğular ölkəmizin gələcək sənaye inkişafında da istifadə oluna bilər. Və bir də arzusu var... Əl işlərindən ibarət sərgi açmaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az