t s

» » Şair İlyas Tapdıq vəfat edib

Şair İlyas Tapdıq vəfat edib

26-12-2016, 08:00 Yazar:  Nuhu Baxılıb: 106 Çap et
Şair İlyas Tapdıq vəfat edibŞair İlyas Tapdıq vəfat edib.

Mediaxeberleri.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.

O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib. 82 yaşlı şair ürəyindən müalicə olunub.

Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şerilə başlayıb.

Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:07 Əli Şirin Şükürlü: "Suprematizmdən Ədəbi Suprematizmə" Suprematizmdən Ədəbi Suprematizmə (esse) Ədəbi Suprematizm cərəyanının yaranma zərurəti, onun mahiyyəti barədə açıqlamalar və bu cərəyana aid edilən bədii mətnlər kütləvi informasiya vasitələrində dərc olunmağa başladıqdan az sonra sevimli tələbələrimdən biri mənə müraciət etdi: “Müəllim, bu
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az