t s

» » Gədəbəyin icra başçısını şok edəcək video

Gədəbəyin icra başçısını şok edəcək video

13-03-2015, 19:39 Yazar:  Aygün Baxılıb: 935 Çap et
Gədəbəyin icra başçısını şok edəcək videoRayonda neçə icra başçısı var?


Bəzi məmurlarla adı eyni siyahıda çəkilən Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, habelə bu yaşayış məskəninin bir sıra vəzifəli şəxsləri yerli əhali üçün başağrısına çevrilib. Ötən saylarımızda məmurların rayonun ayrı-ayrı sakinlərinə qarşı bir sıra qanunsuzluqlar törətdiyini xəbər vermişdik. Bildirmişdik ki, ölkəmizin ən geridə qalan rayonlarından olan, dağlarla əhatə edilən və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də Ramiz Yediyarov və onun sağ əli olan Namiq Məmmədovun əməlləridir.

Məhz onun özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Gədəbəy rayon sakini Ramazan Muradovun da söylədikləri bir daha sübut etdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və digər məsul vəzifəli şəxslər barəsində söylənilənlər həqiqətə uyğundur: "Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmamışdı. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar. Bütün bunlar Namiq Məmmədovun diktəsi altında yazılan ərizələr idi. Onların hamısını buna görə "mükafatlandırdılar". Bütün bunların müəllifi Namiq Məmmədovdur.

Ramazan Muradov Namiq Məmmədovun Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxs olduğunu dilə gətirdi. Dediyinə görə, onun başına gətirilənləri elə Namiq Məmmədov etdi. Nəzərinizə çatdıraq ki, qanunvericiliyə görə qohum şəxslər (seçkili vəzifələr istisna olmaqla-red) bir-birlərinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hal-hazırda da Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, pul ayırır, yaxın qohumu - Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir. Bütün bunlar rayonda korrupsiya ilə bağlı faktların mövcudluğunu göstərir. Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Ramiz Məmmədov sonradan Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib: "Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər".

Ramazan Muradovun sözlərinə görə, hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm".
Bütün bunlar onu göstərir ki, əslində Gədəbəydə ikihakimiyyətlilik mövcuddur: - Namiq Məmmədov və Ramiz Yediyarov cütlüyü. Sakinlər məhz bu iki məmurun arasında qalıblar. Gədəbəylilər bilmirlər ki, Namiq Məmmədovu "görsünlər", yoxsa Ramiz Yediyarovu. (Qaynarxett.az)

P.S. Aşağıda Gədəbəy sakini Ramazan Muradovun Qaynar.tv-də İH başçısı Ramiz Yediyarovu ifşaedici video-sujeti təqdim edirik:






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:00 Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yeni müdir təyin olunub. Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra başçısının birinci müavini Tacəddin Novruzov məlumat verib. Onun sözlərinə görə yeni şöbə müdirinin adı Məhəmməd Hidayətovdur. O öz vəzifəsinin icrasına 10-12 gündür
01:13 Gədəbəyin icra hakimi hansı iş adamına uduzdu? (VİDEO) Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyev 2013-cü ildə icrasına başladığı turizm obyektinin icra hakimi tərəfindən qanunsuz sökülməsi ilə bağlı məhkəyə müraciət edib. Məhkəmə 16 fevral 2015-ci il tarixində onun iddiasını təmin edərək Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutularaq
12:06 Daha bir rayonda şok məmur skandalı - Şamaxıda yerli məmurlar bir-birilərinə bıçaq çəkib – İcra başçısı rayonu idarə edə bilmir? Redaksiyamıza yazan Şamaxı sakinləri yerli rəhbərliyin əlindən cana doyduqlarını deyirlər. DİA.AZ-a göndərilən müraciətdə deyilir: “Hörmətli redaksiya. Sizə yazmaqla ölkə rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, artıq Şamaxıda hər şey əhalinin əksinə işləməkdədir. Komunal problemlərdən cana
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az