t s

» » Ceyhun Məmmədov-Şaxta babadan Azərbaycana məktub

Ceyhun Məmmədov-Şaxta babadan Azərbaycana məktub

19-12-2016, 18:22 Yazar:  Ceyhun Məmmədov Baxılıb: 280 Çap et
Ceyhun Məmmədov-Şaxta babadan Azərbaycana məktub
Salam, azad Azərbaycan və onun xalqı.

Mən Santa Claus, yəni Şaxta Babanız. Bu məktubu soyuq bir yerdən yazıram sizə. Düşünməyin ki, burada qaz yoxdur. Xeyr, mənim evim lazımınca qazla, işıqla təmin olunur. İnanırsınız?! qaza, işığa yüksək məbləğdə pul ödəmirəm. O, gün olsun sizlər də həmin günü görəsiniz. Etiraz etdiyiniz zaman, illərcə taxtdan düşməyən əla-həzrətləri diləyinizi qəbul etsin. Keçirtdiyiniz mitinglərdə zərər yox, xeyir tapasınız. Ümüdləriniz sönməsin, dik durun həmişə. Hər zaman möhkəm dayanın. Ac saxlaya bilərlər sizi, çalışın küçələrdə donmayın. Heç vaxt onlardan qorxmayın. Və bu arada Qiyas İbrahimovun, Bayram Məmmədovun qəhrəmanlıq etmələrindən xəbərim var. Onlara halal olsun. Rejimə böyük bir zərbə endirmiş oldular. Mən arzu edirəm ki, günün birində də o, heykəl yerindən sökülüb, yox olsun. Bir də o, gül bayramıdır, qul bayramıdır nədir olmasın. Müxtəlif ölkələrdən bahalı güllər onun üçün gətirənə kimi, elə ac qalmış, evsiz olan şəxslərə kömək edilsin. Heç olmasa neftçilər üçün neft yığım mərkəzi sağlam bir bünövrə ilə tikilsin. Adam olun, xalqın qeydinə qalın. Bəsdirin, bu xalqa zülm etdiniz. Nə qədər olar sosial şəbəkələr də ağlayıb, narazılığını bildirən insan görmək. Televiziyalarınız isə əksini bildirir. Oynayıb, şıllaq atırlar. Bu yaşadığım yer də sizin kanallar tutur. Şəxsən özüm üçün Azərbaycan kanallarını açdırmışam. Amma daha sizin kanallarınızı bağlayacam, izləməyəcəm onları. Şitlik edirlər, Xoş Qədəm kimi insanlar başınızı aldadırlar. Yəni atın televizorlarınızı, izləməyin. Bu məndən sizə məsləhət olsun. Azad xalq, sizlər üçün hədiyyələr hazırlamışdım. Məsələn: Kasıb ailənin körpələri üçün qalın paltarlar tikdirmişdim, həftələrcə ac qalan, iş tapmayan insanlar üçün yeməklər alıb torbama yığmışdım. Ondan sonra eşitdim ki, bəzi banklar fırıldaqçılıq edir, müəyyən şəxslərin başlarına bu dollara görə oyun açmış olurlar. Məndə də dollarlar çox olduğu üçün, həmin şəxslərə pul göndərmək qərarına gəlmişdim. Sizlər üçün müxtəlif cür gözəl hədiyyələr hazırlamışdım. Hətta məmurlar üçün “orta barmaq göstərən” balaca heykəl də hazırlatdırmışdım. Onlara xüsusi olaraq bunu hədiyyə edəcəkdim. Amma lənət olsun ki, bu hədiyyələrin heç biri ilə Azərbaycana gələ bilmirəm. Çünki Azərbaycan gömrüyün də problem çıxartmış olurlar. Həmin hədiyyələri də mən gömrükdə saxlamaq istəmirəm. Ona görə də məni bağışlayın sizin yanınıza hədiyyəsiz gələ bilmərəm. Bu ili mənsiz keçirin. Hə, unutmadan onu da deyim ki, heç olmasa bu il fişəng partlatmayın. Keçən il də neftçilər həlak oldu, 31 dekabr fişəng partladırdınız. O, vicdansızlara burdan deyirəm ki, bu il həmin səhvi təkrar etməyin. Bu dəfə 15 dekabr da faciə baş verdi. Heç olmasa bu səfər vicdansızlıq etmiş olmayın. Bu məktubu ona görə sizlər üçün yazdım ki, bu il yanınıza gələ bilməyəcəm. Və bir də bu kəlimələri bura yığmağımda məqsədim odur deyim ki, siznən işləmək mümkün deyil. O, bəzi saxtakar, vicdansız qalstuklu şəxslərə deyirəm. Sizdən adam olmayıb, olmayacaqda. Bu qədər, sağolun. Azad xalq, yeni iliniz indidən uğurlu olsun.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az