t s

» » “Çelsi” öz rekordunu təkrarlayıb

“Çelsi” öz rekordunu təkrarlayıb

17-12-2016, 21:28 Yazar:  Nuhu Baxılıb: 289 Çap et
“Çelsi” öz rekordunu təkrarlayıbFutbol klubu ardıcıl 11-ci qələbəsini qazanıb.

“Çelsi” futbol üzrə İngiltərə çempionatının 17-ci turu çərçivəsində keçirdiyi səfər matçında “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanıb.

Mediaxeberleri.az “Report”a istinadən xəbər xəbər verir ki, oyunda yeganə qolu 43-cü dəqiqədə 13 qolla turnirin bombardirlər siyahısına başçılıq edən Diyeqo Kosta vurub.

Bu, “Çelsi” üçün İngiltərə çempionatında ardıcıl 11-ci qələbə olub. London klubu 2009-cu ildə ölkə çempionatında ardıcıl qazandığı qələbələrin sayına görə öz rekordunu təkrarlayıb. Bu göstərici üzrə rekord isə “Arsenal”a (14) məxsusdur.

Hazırda aktivində 43 xal olan “Çelsi” turnir cədvəlində liderliyini davam etdirir, “Kristal Pelas” 15 xal ilə 16-cı yerdədir.

Növbəti turda “Çelsi” öz meydanında “Bornmut”u qəbul edəcək, “Kristal Pelas” isə səfərdə “Uotford”un qonağı olacaq. Hər iki görüş dekabrın 27-də keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:12 GDU illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
21:06 Azərbaycan Premyer Liqası: “Qarabağ” IV dövrəyə də qalıbiyyətlə başlayıb Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib. Sonuncu dövrənin ilk, ümumilikdə isə XXVIII turun bütün qarşılaşmaları eyni gündə oynanılır. İlk qarşılaşma AZAL-la “Kəpəz” klubları arasında oynanılıb. Ötən tur öz meydanında “Zirə”ni məğlub edən və bu qələbə sayəsində ilk üçlüyə düşən
09:31 Çempionlar Liqası: PSJ “Çelsi”-yə qalib gəldi İsveçli ulduz qol vurub. Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, günün ikinci oyununda Londonda “Çelsi” PSJ-ni qəbul edib. 16-cı dəqiqədə PSJ hesabı açsa da Dieqo Kosta tezliklə hesabı bərabərləşdirib. Həlledici qolu isə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az