t s

» » Qazaxda ana ölümləri təhdidi təhlükəli həddə çatıb... - PROBLEM

Qazaxda ana ölümləri təhdidi təhlükəli həddə çatıb... - PROBLEM

13-03-2015, 09:03 Yazar:  Aygün Baxılıb: 634 Çap et
Qazaxda ana ölümləri təhdidi təhlükəli həddə çatıb... - PROBLEMRedaksiyamıza yeni daxil olan məlumatlarda Qazax rayonu Doğum Evinin baş həkimi Aynur Namazlının fəaliyyətinə dair ciddi iradlar irəli sürülür.

Bu xüsusda aldığımız məlumatlarda mənbələr Qazax rayon səhiyyəsinin ən zəif nöqtəsinin də məhz Doğum Evinin olduğunu təsdiq edirlər. Məlumatlarda vurğulanır ki, müəssisənin baş həkimi burada doğuşların qəbulunda əsil monopoliya yaradıb. Təqdim olunan ərizələrdə şikayətçilər bildirirlər ki, Qazax rayonu Doğum Evinin baş həkimi bu müəssisədə dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, tibbi xidmət göstərilən xəstələrin sayından asılı olmayaraq müəssisənin hər bir işçisindən də aylıq haqq tələb edir.

Cərrahi əməliyyatlar və digər müalicəvi prosedurların isə ayrıca qiyməti var. Belə ki, şöbədə qeysər üsulu ilə əməliyyat olunmaq üçün təkcə Aynur xanıma 700 manat pul verilməlidir. Bundan başqa, yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş 1000 manata qədər başa gəlir.

Qeyd etmək lazımdır ki, Qazax rayonu Doğum Evinin fəaliyyətindəki neqativ hallara dair məlumatlar redaksiyamıza yeni təqdim olunsalar da, ölkə mətbuatında bu tibb müəssisəsində yer almış bir çox qanun pozuntularını və bu səbəbdən yaranan çox ciddi fəsadları əks etdirən tənqidi materiallar kifayət qədərdir. O cümlədən məlumatlarda son vaxtlar Qazax rayonu Doğum Evində ana ölümlərinin çoxalması və anaların doğuş zamanı müxtəlif xəstəliklərə yoluxması hallarına tez-tez rast olunduğu da xüsusi vurğulanır. Bu kimi hallar isə məlumdur ki, məhz həkimlərin məsuliyyətsizliyi üzündən baş verir. Aldığımız məktublardan birində, bir müdət əvvəl Qazax rayonu Doğum Evində uşaq dünyaya gətirmiş ana yazır: “Buradakı həkimlərin çoxu xəstəyə müştəri kimi baxırlar. Doğum evinə girən dəqiqədən çıxana kimi, qapıçı da daxil olmaqla, pul güdürlər. Doğum evində palata ödənişi, yuyunmaq, qadın həkimi, uşaq həkimi, uşağı bələmək, analizlərə pul tələb edirlər. Görəsən Səhiyyə Nazirliyinin bundan xəbəri yoxdur?” Lakin bütün bu ödəniş və haqqvermələr müqbilində belə, Qazax rayonu Doğum Evi ölkə üzrə burada göstərilən tibbi xidmətlərin səviyyəsinə görə kifayət qədər aşağı qiymətləndirməyə malikdir.

Təsadüfi deyildir ki, son bir neçə ildə məhz Qazax rayonu Doğum Evi burada baş vermiş ölüm halları və digər xoşagəlməz insidentlərlə dəfələrlə ölkə mətbuatının gündəminə gəlmişdir.Qeyd etmək yerinə düşər ki, bu gün respublikada fəaliyyət göstərən əksər doğum evlərində mövcud vəziyyət ictimaiyyət tərəfindən heç də razılıqla qarşılanmır. Buna əsas səbəb isə həmin müəssisələrdə sürəkli rüşvət yığımlarının həyata keçirilməsi, bəzi hallarda isə həm də xəstələrdən alınan pulun müqabilində göstərilən tibbi xidmətlərin də aşağı səviyyədə olmasıdır.

Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişik ki, bu gün ölkənin səhiyyə sistemində vəziyyət ümumiyyətlə ürək açan deyildir. Hətta son illər ərzində sürətlə sayı artan yeni istifadəyə verilmiş, ən müasir tələblərə cavab verən çox saylı klinika və tibb mərkəzləri belə bu sahədə ümumi mənzərəni hələ ki, dəyişə bilmirlər. Redaksiyamıza daxil olan məlumatlarda isə mənbələr Qazax rayon səhiyyə sisteminin də çoxsaylı nöqsanlardan xali olmadığını vurğulayırlar.

Bununla belə açıqlamalarda vurğulanır ki, burada fəaliyyət göstərən Doğum Evinin vəziyyəti hətta digər yerli tibb müəssisələri ilə müqayisədə belə xeyli acınacaqlı durumdadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Daha bir körpə ölümü - Biləsuvarda Biləsuvar rayonunda uşaq ölümü faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib. Doğum Şöbəsindən verilən
17:46 Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur? Qəzetimizin ötən saylarında Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko” xəstəxanası) müşahidə olunan bir sıra neqativ hallara dair tənqidi materiallar dərc olunmuşdu. Həmin materiallarda biz göstərmişdik ki, bu xəstəxananın daha çox kommersiya əsasları üzərində qurulmuş fəaliyyəti sürəkli olaraq
15:15 Şamaxıda icra başçısına söykənən rüşvət piramidası – İdarə müdirləri ona görə rüşvət alırlar ki... Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun isə öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması artıq heç kəs üçün sirr deyil. Bununla bağlı DİA.AZ-a rayondan verilən məlumatda deyilir
20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az