t s

» » Yevlax səhiyyəsində şokedici yeyinti faktları – RƏQƏMLƏR

Yevlax səhiyyəsində şokedici yeyinti faktları – RƏQƏMLƏR

6-12-2016, 22:39 Yazar:  Tural Baxılıb: 331 Çap et
Yevlax səhiyyəsində şokedici yeyinti faktları – RƏQƏMLƏR
Baş həkim İlhami Quliyev əsaslı şəkildə təmir edilmiş xəstəxananın təmirinə niyə yenidən ehtiyac duyub?


Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İlham Quliyevin törətdiyi qanunsuz işlər barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, adıçəkilən baş həkimin rəhbərlik etdiyi rayonun səhiyyə sistemi hazırda özünün ən ağır günlərini yaşamaqdadır: «Yevlax rayonunda səhiyyənin hansı vəziyyətdə olduğunu camaat yaxşı bilir. Ölkənin bir zamanlar ən çox pul ayrılan rayonunda səhiyyənin bu vəziyyətə düşməsinin səbəbi baş həkim İlhami Quliyevin daha çox pul qazanmaq həvəsindən irəli gəlib. Baş həkim dərman və sarğı ləvazimatlarının alınması adı altında büdcədən ayrılmış 500 min manata yaxın pulu ayrı-ayrı şəxslərlə bölüşdürüb. Belə ki, onun həmin pula dərman almadığı elə özü tərəfindən etiraf olunub. Xəstəxana rəhbərinin iddiasına görə, xəstəxanaya ayrılmış pulun bir qismi Yevlaxın icra başçısı Qoca Səmədova çatıb. Bir qismi isə Səhiyyə Nazirliyindən gəlmiş komissiyanın üzvlərinə verilib. Yerdə qalan məbləği isə baş həkim özünə götürüb. Buna görə də Yevlax Mərkəzi Xəstəxanasında nə sarğı tapmaq olar, nə də həkimlər pulsuz dərman verilməsi işini təmin edir. Hər şeyi xəstənin yaxınlarına aldırırlar. Maraqlı bir məqam xəstəxanada «görülən» təmir işləri ilə bağlıdır. Belə ki, bir neçə ay öncə «Osmanoğlu» MMC tərəfindən cari təmir işlərinin satın alınması prosesinə 19800 manat ayrılıb. Ardından əsaslı təmir işlərinin satın alınmasına da 73 min manat ayrılıb ki, onu da eyni şirkət reallaşdırıb. Halbuki, bu xəstəxana 2013-cü ildə əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Əlavə təmirə nə ehtiyac var idi?». Araşdırmalar nəticəsində məlum olur ki, baş həkim inventarların alınması zamanı da maliyyə pozuntularına yol verib: «Belə ki, o yumuşaq inventarların satın alınması üçün nəzərdə tutulan 42 min manatı başqa səmtə yönləndirib. Ardından avadanlıqların satın alınmasına 72100 manat ayrılıb ki, bunun da nədən ibarət olduğunu bilən yoxdur. Eyni vaxtda inventarların satın alınması isə 74600 manata başa gəlib. İlhami Quliyevin əsas qazanc yerlərindən biri də dəftərxana ləvazimatları və ərzaq məhsullarının alınması ilə bağlıdır. «Planet 2013» MMC tərəfindən dəftərxana ləvazimatları və təsərrüfat materiallarının satın alınmasına 39850 manat sərf olunub ki, bunun da yalan olduğu şübhəsizdir. Ərzaq mallarının alınması üçün isə «Avalon-12» MMC-yə 94205 manat ayrılıb. Hərçənd Yevlax Mərkəzi Xəstəxanasında yatan xəstəyə yemək verildiyini nə bilən var, nə də görən. Yeyinti hallarından biri də digər maşın və avadanlıqların satın alınması üçün sərf olunmuş 46400 manatdan ibarətdir. Avtomobil ehtiyat hissələrinin satın alınması üçün isə 10240 manat sərf olunub. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi kütləvi şəkildə tətbiq olunur. Yəni burada saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılır». Növbəti yazımızda baş həkimin TSEK sədri ilə birlikdə həyata keçirdiyi saxtakarlıqlar, icra başçısına çatan aylıq və səhiyyə naziri Oqtay Şirəliyevin adından istifadə etməklə həyata keçirilən özbaşınalıqlar haqda ətraflı məlumat verəcəyik.

Bu gün səhər saatlarında Yevlax Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində növbəti həkim səhlənkarlığı nəticəsində daha bir insan həyatını itirdi. Yevlax rayon sakini yüksək təzyiqdən əziyyət çəkirdi. Həkimlər heç bir səy göstərmədən göz görə-görə insan həyatına son qoydular. Yevlax rayon Mərkəzi Xəstəxanasından Yevlax rayon sakininin həyatını itirməsi faktı təsdiqlənib. Adını və soyadını bilmədiyimiz Yevlax rayon sakini günörta saatlarında dəfn edilmək üçün ailəsinə təhvil verilib. Kanal15.tv olaraq mərhumun ailəsinə dərin hüznlə başsağlığımızı çatdırırıq. Allahdan səbir diləyirik. Allah rəhmət eləsin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az