Gəncəbasardakı mənbələrimizdən Moderator.az-a ilginc məlumat, daha doğrusu foto və videosübutlar daxil olub.
Bildirilir ki, Kür çayının Şəmkir rayonundan keçən ərazisində, xüsusən də Şəmkir Su anbarının ətrafında brakonyerlər Kürdəki balıqlara qənim kəsilib. Bildirilir ki, ərazidə qanunsuz balıq ovu ilə məşğul olan onlarla qayıq var və onların hər birinə görə 500 manat aylıq haqq alınır.
Qayıqların heç birində tanınma nişanı yoxdur və onların suya buraxılması tamamilə qanunsuzdur. Halbuki suya buraxılan hər bir qayığa Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi icazə verilməlidir.
Əraziyə Su Nəqliyyatında Baş Polis İdarəsi regional bölməsinin rəsi Faiq adlı şəxs nəzarət edir.
Mənbənin sözlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirilyi bir neçə gündür ərazidə yoxlama həyata keçirir, amma onların gəlməsindən vaxtından əvvəl xəbər tutan balıqçılara qayıqları ərazidən kənarlaşdırmaq göstərişi verilib. Bu azmış kimi yoxlanacaq ərazilər əvvəlcədən müəyyənləşdirildioyindən işbazlar bəzi yerlərdə qayıqları gizlətməyi lazım bilməyib sadəcə balıq tutmaqdan bir neçə günlük əl saxlayıblar. Moderator.az oxuculara təqdim etdiyi foto və videomaterialda da məhz həmin qayıqların görüntüləri əks olunub.
11:21 Ukrayna hökumətində azərbaycanlıNazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm“Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilibPrezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,
Öz şərhini bildir: