t s

» » Elektrik enerjisinin qiyməti ilə bağlı dəyişiklik qüvvəyə minib

Elektrik enerjisinin qiyməti ilə bağlı dəyişiklik qüvvəyə minib

1-12-2016, 09:44 Yazar:  Məmməd Məmmədov Baxılıb: 322 Çap et
Elektrik enerjisinin qiyməti ilə bağlı dəyişiklik qüvvəyə minib
Bu gündən Tarif Şurasının elektrik enerjisinin qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.

Mediaxeberleri.az
Virtual Azərbaycana istinadən xəbər verir ki, Şuranın qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Tarif Şurasının qərarında bildirilib ki, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiqlənib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:25 Yeni qayda: İşıq pulu belə hesablanacaq: “Azərişıq” açıqladı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı ilə əlaqədar tarif tənzimlənməsi aparılıb. Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı
10:56 Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq İqtisadi böhranın mövcud olduğu bir dönəmdə enerjidaşıyıcıların qiymətlərində artımların baş verəcəyi gözlənilən idi. Əslində belə qiymət artımları böhranın mahiyyətindən irəli gəlir və qaçılmaz olurlar. Kimsə böhran dövrünü bir başqa cürə yaşamağı düşünürsə, o, yanılır. Bu səbəbdən də böhranın
13:23 Qubad İbadoğlu: Azərbaycanda qiymətlərin artımının yeni dalğası başlayacaq İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının qərarını şərh edib. Hansı qiymətlər bahalaşıb? Qaz və işığın satış qiymətlərinin diferensiallaşdırılması (istehlak səviyyəsinə görə fərqləndirilməsi) barədə qərar qəbul edilib. Belə ki, Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba
01:44 Manatın kəskin ucuzlaşması və bahalaşma aztəminatlı ailələri aclıq təhlükəsi qarşısında qoyub Rövşən Ağayev: «Ailə büdcəsinin aylıq kəsiri 400-450 manat təşkil edəcək» Manat dekabrın 21-dən sonra davamlı ucuzlaşır. Həmin tarixdə valyutadəyişmə məntəqələrində dollar 1.58 manat idisə, hazırda 1.75-1.85-a arasında satılır. Ötən qısa müddət ərzində manat 12-13 faizdən çox ucuzlaşıb. 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az