t s

» » Yeni qayda: İşıq pulu belə hesablanacaq: “Azərişıq” açıqladı

Yeni qayda: İşıq pulu belə hesablanacaq: “Azərişıq” açıqladı

30-11-2016, 15:25 Yazar:  Məmməd Məmmədov Baxılıb: 749 Çap et
Yeni qayda: İşıq pulu belə hesablanacaq: “Azərişıq” açıqladı
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı ilə əlaqədar tarif tənzimlənməsi aparılıb.

Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev Cebhe.info-ya bildirib ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat saatadək olan istehlakçılar üçün köhnə tarif- 7 qəpik saxlanılacaq. Aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün isə yeni tarif- 11 qəpik müəyyənləşdirilib. “Azərişıq” ASC-nin məlumatına görə, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat saatdan azdır. Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:56 Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq İqtisadi böhranın mövcud olduğu bir dönəmdə enerjidaşıyıcıların qiymətlərində artımların baş verəcəyi gözlənilən idi. Əslində belə qiymət artımları böhranın mahiyyətindən irəli gəlir və qaçılmaz olurlar. Kimsə böhran dövrünü bir başqa cürə yaşamağı düşünürsə, o, yanılır. Bu səbəbdən də böhranın
13:23 Qubad İbadoğlu: Azərbaycanda qiymətlərin artımının yeni dalğası başlayacaq İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının qərarını şərh edib. Hansı qiymətlər bahalaşıb? Qaz və işığın satış qiymətlərinin diferensiallaşdırılması (istehlak səviyyəsinə görə fərqləndirilməsi) barədə qərar qəbul edilib. Belə ki, Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba
18:35 “Sayğaclar iyulun 15-də oxunmayacaqsa, işıqpulu necə hesablanacaq?” – “Azərişıq”dan AÇIQLAMA 14 iyulda Tarif (qiymət) Şurasının keçirdiyi növbəti iclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq, elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, bir kilovat-saat elektrik
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az