Uzunsaqqallılar, gödək şalvarlılar niyə artır?Vəhabilik- sələfilik, Hitler-faşizm- nasizm ideologiyası kimi rəsmən dünyada qadağan olunmalıdır. Əgər dünya "özünə lazım olan müəyyən maraqlar üçün" bunu etmirsə, özü bilər. Ancaq bizdə bu olunmalıdır. İmam Əli buyurub: Başınıza gəlmədən başa düşün! Son məlumatlara görə Suriyada üç nəfər kürd əsilli vətəndaşı vəhabi-sələfilər üstünə benzin tökərək diri-diri yandırıblar. Və onların dünyada törətdiklərini şərh etməyə ehtiyac yoxdur. Belə bir fəsad və qırğınlara səbəb olan bir ideologiya, bir inanc nə üçün ölkəmizdə qadağan edilmir.
Son günlərdə Xaçmaz şəhərində təhlükəsizlik orqanımız tərəfindən məhv edilən şəxs və onun kimilərin inancı da özü qədər təhlükəlidir. Öz inancından qeyrisini kafir, azğın, qanı-malı halal bilən və fürsət düşən kimi qanını içməyə hazır olan kimsədən təhlükəli kim ola bilər? Bu təriqət yaranan bir gündən Yer üzündə qan tökür.
Balaqlar gödəlir, kürəklər enlənir, baxışlar qəddarlaşırTəəssüf ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müsəlman dini icmaları qeydiyyata alınanda bu icmadan təriqətinin, cərəyanının adı və tərkibi nəzərə və diqqətə alınmır. Məsələn, Əbu Bəkr məscidi deyilən yerdə dini icma fəaliyyət edirdi və ora yığılan insanlar əksəriyyəti Sələfi-vəhhabi inanclı idi. Hətta sonda onların içindən özlərinin “Xəvaric” adlandırdıqları daha da qəddarları peyda oldu və bir-birini qırdılar. Bu icma "islam dini" adı altında qeydiyyatdan keçib vəhabiliyi yaydı neçə illərlə. Səudiyyə Ərəbistanına təhsil almağa insanlar göndərdi. Həmin insanlar da gedib orada Vəhabi cərəyanı üstündə təhsil alıb gəldilər və bu gün hərəsi bir "şeyx" olub başladılar təbliğata... Ancaq dini icmanın əqidəsi, təriqəti nəzərə alınsa, həmin təriqətin etiqadına uyğun davranmadığına görə sonra icmanı ləğv etmək, məsuliyyətə cəlb etmək olar. İndi bəziləri islam dini, filan adda qeydiyyatdan keçib din pərdəsi, dini icma maskası altında məkrli fəaliyyətə başlayır. Buna bariz misal elə ölkəmizdəki ilk Sələfi icması ola bilər.
Nəticədə ölkəmizdə də bəzi saqqallar uzanır...Şalvarlar gödəlir. Bununla yanaşı ağıllar da gödəlir, addımlar böyüyür, kürəklər enlənir, baxışlar qəddarlaşır və beyin çöndərilir... Bu inanc, yəni Vəhabizm Hitlerin yolundan daha təhlükəli və daha qəddardır. Hitlerdə ağıla, təfəkkürə dayanan bir yol idisə, bunlarda fanatizmə və qəzəbə-nifrətə, hisslərə, nadanlığa dayanan bir yoldur. Hitlerlə nəyisə danışıb-müzakirə edib yola gəlmək olardı bəlkə də. Ancaq Vəhhabi ilə siz bunu edə bilməzsiniz. İnsanı diri- yandıran əqidə mənsublarının murdar inancının ölkəmizdə olması yolverilməzdir. Vəhhabiliyi şərh etməyə lüzum yoxdur. Bu cərəyan həqiqətdə İslam dininin bir qolu, bir təriqəti deyildir və əslində islam dinini və bu dinin mənsublarını məhv etmək üçün yaradılmış bir siyasi şəbəkədir.
Vəhabilik qadağan olunmalıdırQətiyyətlə bu cərəyanın İslam dininə dəxli yoxdur. İslam dininə düşmən olan, islama məxsus abidələri-tarixi məhv edən bir cərəyan necə bu dinə mənsub hesab edilə bilər. Nə olsun ki, özlərini müsəlman adlandırırlar?! Hitler də etnik xristian idi. Bu, o demək idimi ki, Hitler xristiandır və faşizmin xristianlığa dəxli var? Əsla belə deyildir. Hər bir dini təriqət öz təriqət adını etiraf edir, cəfəri deyir-cəfəriyəm, hənəfi deyir-hənəfiyəm... Ancaq heç bir vəhabi demir mən vəhabiyəm! Onda belə çıxır ki, dünyada bir nəfər də vəhabi yoxdur? Bu özünügizlətmə metodu onların daha da təhlükəli tərəfidir. Deməli, bu cərəyan dini cərəyan deyildir. Dinin humanist dəyərlərini ayaqları altına alıb dini məhv etməyə çalışan bir əqidə necə dinə nisbət verilir?
Əgər faşizm milli-siyasi məsələyə əsaslanan ideologiya idisə, vəhabilik dini don geydirilmiş siyasi bir gedişdir. Böyük ehtimalla Qərbin və Amerikanın. Və başqalarının... Sadəcə olaraq təlim verilib kimlərinsə üstünə qısqırdılan vəhşi heyvanın arada çönüb öz təlim verəninə də diş batırması misalı kimi, və ya bu cərəyanı kimlərin idarə etdiyinin izini itirmək üçün arada bir özlərinə də xırda-para hücum filan etdirirlər...Ancaq bütün bəşər görür ki, hədəf müsəlman tarixinin özəyini təşkil edən ölkələrdir. Anti - insani, anti-demokratik, anti - dini, anti- humanist, nasizm-faşizm qədər təhlükəli bir missiya, təriqət, məzhəb, cərəyan (hər nə isə) rəsmən qadağan olunmalıdır. Qeyd edək ki, bütün bu kimi qantökücü cərəyanlar ilk əvvəl ya azlıq üzündən, ya yerlərini bərkitməmiş olduqlarından özlərini heç nəyə qarışmayan kimi göstərirlər. Ancaq sonra əllərinə bir balaca fürsət düşən kimi, bəşəriyyətə xəyanətə mürtəkib olurlar. Hesab edirəm ki, Milli Məclisdə müzakirə edilərək sələfi-vəhabi inancı və ona yaxın olan hər bir anti- insani inanc, əqidə faşizm kimi rəsmən qadağan olunmalıdır.
Tural İrfan
Öz şərhini bildir: