t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)

Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)

30-11-2016, 00:34 Yazar:  Məmməd Məmmədov Baxılıb: 6153 Çap et
Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)
“Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa vətəndir!”

Torpaqlarımızı axan qanları ilə vətən edən şəhidlərimizin və qazilərimizin ailələrinə göstərilən biganə davranışları görəndə insan üzülməyə bilmir. Şəhid ailələri banklar tərəfindən məhkəməyə verilir, Qazilərimiz sosial problemlərə görə intihar edir. Yüzlərlə sarayı olan məmurların məmləkətində Qarabağ qaziləri yaşamağa daxma tapmır. Hətta Azərbaycan vətəndaşlığından imtina etməyi düşünürlər vətən qəhrəmanları.

Neft- qaz səltənətinin diqqətindən kənarda qalan qazilərimizdən biri də Ağdaş Rayon Qaraoğlan kəndinin sakini,iki ayağını vətən üçün fəda edən Təhməz Həbibovdur. Ömrünün bahar çağlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşa həsr edən bu qəhraman qazimizin indi yaşamağa evi yoxdur. Üstəlik rüşvət verməyə pulu olmadığı üçün övladlarını işə də götürən yoxdur.

Sözcu.az saytının əməkdaşları Qarabağ qazisi Təhməz Həbibovun yaşadığı evə gedərək qazimizin acınacaqlı durumu ilə tanış olublar. Əvvəlcə “boş şeydir, onsuz da maraqlanan olmayacaq deyərək ümidsiz baxışlarını divara zilləyən qazimizin gözlərindən gizlin-gizlin axan göz yaşını görmək vicdanlı insanlar üçün çox ağırdır, LAP ÇOX!

Qarabağ qazisi Təhməz Həbibov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşüb. Ağdərə rayonu uğrunda gedən döyüşlərdə isə hər iki ayağını itirib. Yaşamağa tam yararsız olan iki otaqlı kiçik daxmada Təhməz Həbibovun dörd nəfərlik ailəsi ilə bərabər qardaşının ailəsi də yaşayır. Çarəsizlikdən mənzil üçün bütün qurumlara müraciət edən qazininaldığı cavab isə budur, “NÖVBƏDƏSƏN!” Bu “növbə” isə gəlib buna çatmır ki, çatmır. Bu yaxınlarda əzilən barmağının müalicəsi üçün pulu olmadığından barmağını dibindən kəsiblər.

Qarabağ qazisinin onunla bir acını yaşayan həyat yoldaşı Həbibova Seylan göz yaşlarını saxlaya bilməyərək yoldaşının evin uçuq piləkənlərindən dəfələrlə yıxıldığını bildirdi:” Yıxılanda kömək üçün heç birimizi çağırmır, utanır kimisə çağırmağa”

Təməz Həbibovun əməkdaşımıza dediyinə görə, acınacaqlı vəziyyətləri ilə bağlı dəfələrlə Heydər Əliyev Fonduna yazaraq müraciət etsə də heç bir nəticəsi olmayıb. Ümumiyyətlə bu günə qədər qazimizin vəziyyəti ilə heç bir dövlət qurumu maraqlanmayıb.

Bu yaxınlarda Sosial Müdafiə Naziri Səlim Müslümovla görüşdüyünü deyən Təhməz Həbibov nazirlə görüşdən çox ümidlə ayrıldığını, ancaq bundan sonra da onun ailəsi ilə maraqlanan olmadığını bildirdi.

İki övladının hər ikisi də hərbi xidməti başa vurub gəlsələr də işləməyə bir yer tapa bilmədiyi üçün evdə oturublar. Bütün ailənin tək dolanışıq mənbəyi onun penisiyəsidir: “İki övladım var, hər ikisi də hərbi xidmətlərini başa vuraraq evlərinə dönüblər. Övladlarımın ikisidə işləməyə bir yer tapa bilmədikləri üçün işsizdilər. Bütün ailənin dolanacaqı isə tək mənim pensiyamdir. Bu yaxınlarda qonşu Pirəzə kəndində yerləşən Melerasiya və Su təsərüffatı idarəsinə heç olmasa övladlarımın birini işlə təmin etmələri üçün müraciət etdim. İş yerlərinin olmadığını deyib məni başından edən müəssə rəhbərliyinin sonradan bir neçə adamnan pul alaraq işə götürdüyünü eşidəndə çox pis oldum”.

İsitifadə etdiyi əlil arabasının da istismar müddəti bitdiyini və yararsız halda olduğunu deyən Qarabağ qazisi ona verilən əlil arabasının bundan da pis gündə olduğunu gördükdə onu başqa bir əlilə verib.

Təhməz Həbibovun həyat yoldaşı Seylan Həbibova rahat evlərinin olması üçün hər gün Allaha dua etdiyini deyib: “Evimiz olmadığı üçün heç kim övladlarıma qız vermir. Versələr belə harda yaşayacaqlar ki... Hər gün evimizin olması üçün Allaha dua edirəm. İnanıram ki, bir gün Allah bizim duamızı eşidəcək. Dövlətimiz bizə sahib dursun, bu Allaha da xoş gedər.”

P.S. Biz Sozcu.az saytı olaraq Qarabağ qazimizin acınacaqlı durumunu ictimailəşdirməyi özümüzün vicdan borcumuz hesab edirik. Allah məmurlarımıza da vicdan versin ki, Qarabağ qazilərimizin daxmalarına baxıb heç olmasa onların qanları hesabına ərsəyə gələn saraylarda yaşamaqdan utansınlar. Qazilərin dərdlərinə yanmağı özlərinin vicdan borcları hesab etsinlər. Təbii ki, əgər vicdanları varsa...

Elşən Əlisoy



Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)
Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az