t s

» » Xanəmir Telmanoğlu: "GÖZƏLLIK"

Xanəmir Telmanoğlu: "GÖZƏLLIK"

25-11-2016, 13:54 Yazar:  Gülnarə İsrafil Baxılıb: 440 Çap et
Xanəmir Telmanoğlu: "GÖZƏLLIK" TƏNQİDÇİ XANVERDİNİN YAZISINDAN CUŞA GƏLİB İLK KİTABIM OLAN KÜL SOYUĞUNDAN ƏLİMƏ KEÇƏN ŞEİRLƏRİMDƏN PAYLAŞMALI OLDUM....

20 YAŞIMDA
Küləklrə ulduzlardan əsir
Çiçəklər açılmaqdan yorur gecələri...
Sular torpağa çıxarır
Balıqları 20 yaşımda.
Ağacların gövdəsi
Açılır tabut təki-
Içindən bomboş ömür çıxır
Ölüm çox sevir məni
20 yaşımda.
Hamıya gül ləçəyindən yüngül söz deyəcəm-
Incisələr də
Çiyinlərimə yazılacaq gül boyda yazı
Onda darıxmaz çiynimdə cəzam
Ağladığım adamların
Heç birinin ölüm beşiyini
Yırğalatmayıb çiyinlərim
Am elə bilmişəm ki,
Kəndimizdə ölənlərin hamısı
Mənim çiyinlərimdə gedib.
Kimsə alxışmı eləyirdi mənə:
“görüm çiyinlərin tabuta dəysin”
Qorxuram
Çiynimdəki günaha toxunar tabut qanadı
1991

NƏSIMIDƏ ƏNƏL HƏQQ
Sübhün budağında quş səsi
Üzümə rəsm cizdi...
Telləri tökülsün sümbül qələmin
Telləri tökülsün nə istərsə yazsın....
Quşun səsi üzümdə rəsm cizdi
Özünə bənzədi özü kimi Allahı gördü...
Lələyi tökülsün qələmin
Adəm kimi çılpaq qalsın
Quşun səsi üzümdə rəsm cizdi
Sonra nəfəs istəyirdi Allahdan
Öz gününə salmaq istəyirdi
Aya baxan üzümdəki rəsmi...
əllərinə gül al dedim
əllərinə gül al
dəyişsin axırzaman tabloları – gözəlləşsin
istədiyimizi söyləyə bilək Allaha
məndən sonra ey torpağa yaxınlaşan
yeddi canı qorumaq əzabın olsun
yeddi qanadlı ruha verəcəyin söz- günahın olsun
məni dinləmə daha
məni dinləmə daha
ölümə tanış verdim səni- heç vaxt gülləri unutma
səssizlik qədər gələn ölümə:- o uzaqların uşağı
o müjdəsi qəfil
görüntüsü ana bətnindən uzaq
1995

YAĞMURUN ISLATDIĞI ÇÖRƏK PARÇASI
ey dili qafil fil faili məchul fani f....
Çörəyin dadını duyur yağmur...
Damalalr üzərində səsləri oyadır
Didik didik edir çörəyi yağmur...
Kiçilir şəhərin boyu... daralır küçələr...
Azalır sözləri insanların
Yağmur döyür bir parça çörəyi
Ardınca qaranlıq sərilir yağmurun altına...
Inləyir çörəklə yağmur arasında
Müti qaranlığın son tülü...
Damlaların hikkəsi
Açır bələkdən çörəyin qoxusun-u
Şəhərin taleyinə ötürür....
Gözlərkən qaranlıqda gözlərkən yeni müjdəni
Islanmış çörəyin qoxusu
Gözlərinin naxışlarına qarşırdı sərçələrin
sərçələr toxluqlarını görürdü yağmurda
Günəş uzaqlaşırdı gün boyu sərçələrin dimdiyindən
Yağmurun dimdiyinə baxırdı sərçələr
yağmur çörəklə çörəklə udurdu şəhərin bəxtin..
Yağmur çörəkdən doymurdu bəlkə də...
Damlalar döyürdü çörəyi...
Həyatın qisasını çörəkdən alırdı ...
Bir şəhərə yağan yağmur
Bir parça çörəyi isladırdı...
Tanrı çörəyi yumşaldırdı quşlara
Tanrı çörəyin çəkisini artırırdı...
Bir şəhri o çörəyə o çörəyə
Yağmurla yağmurla tapşırırdı...
1996

GÖZƏLLIK
Ey dadi bidad danəndə dəhan dərviş d...
Asam özümü bu gül ləçəyindən
əzabımı çəkə ana bahar...
gözəl olar at belində
üzəngisi yalın ayaqlı yəhər
ana bətni dünya üzü fələk qənşəri
aldadammaz on gözəllik qoca məhşəri
gətirməyəcək xeyrə doqquz gözəllik şəri
oğurlanan paltarın ağac tumurcuğunda mələk
bəy cəllad bəyim cəllad
gözəl üzün başını kəsəndə ağladınmı
1992

UŞAQ QƏBRI
(bacım xalidəyə)
Ey dili qafil fil faili məchul fani f...
Yanına düşən təki böyüklərin
Üç beş günlük ömür boyda məzarlar
Böyük qəbirlərin düşüb böyrünə
Gedər...
Bələk bağı toprağa qırılan quzum
Ananın südü
Pöhrə sümüyündə quruyub qalıb
Ananın südnü ölümə aparma
Canında öldürüb məzara qoyma
Uşaq qəbri-
Balaca topraq qayıq
Itirib yelkənini avarını
Düşdüyü qara yerdə qalıb
Məzar qayıq məzar qayıq
Səni qosqoca ilanlar
Edəcək oyuq oyuq
Topraqda körpələrin qəbirləri
böyüklərin çəkmələrinə elə bənzəyir...
geyib ayağına ölüm
uşaqların böyümədiyi yerlərdə gəzər...
ölüm tez-tez çəkmə(sini) dəyişər
1991




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az