t s

» » Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib

Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib

11-03-2015, 00:04 Yazar:  Aygün Baxılıb: 1044 Çap et
Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib“İRƏLİ” İB-nin dəstəyi və “Prezident təqaüdçüləri” GB-nin təşkilatçılığı ilə “İRƏLİ” İB-nin ofisində Insan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, BDU-nun Hüquq fakültəsinin magistrantı, gənc hüquqşünas Qaya Əliyevin bu yaxınlarda “Elm və Təhsil” nəşriyyatı tərəfindən “Azərbaycan Hüquq İslahatları Mərkəzi”-nin maliyyə dəstəyi və sifarişi ilə kütləvi tirajla, nəfis tərtibatda işıq üzü görmüş “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Hüquq ictimaiyyətinin, elm xadimlərinin və media mənsublarının iştirak etdiyi tədbirin aparıcısı, “Prezident təqaüdçüləri” GB-nin sədri Təbriz Raufoğlu mərasimi giriş sözü ilə açaraq müəllifin yaradıcılığı, əsərin məziyyətləri və tədbirin təşkilatçıları barədə ətraflı məlumat vermişdir.
Mərasimdə çıxış edən “İrəli” İB-nin sədri Mirhəsən Seyidov əsərin əhəmiyyəti və Azərbaycan elmində rolu barədə məruzə etmiş, həmçinin tədbir iştirakçılarını “İrəli” İB-nin fəaliyyəti barədə məlumatlandırmışdır.
Əsərin fəlsəfi aspektləri haqqında geniş məruzə edən fəlsəfə elmləri doktoru, BDU-nun professoru Ə.Qurbanov məhsuldar yaradıcılıq dövrü keçirən müəllifin son 6 ayda nəşr olunmuş sayca üçüncü əsəri olan bu monoqrafiyanın əhəmiyyətindən, Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında bu qəbildən olan əsərlərin rolundan, eləcə də bu sahədə gənc alimlərin tədqiqatlarıın vacibliyindən geniş söhbət açmış, əsəri müvafiq sahədə son dərəcə mühüm əhəmiyyətli bir tədqiqat kimi qiymətləndirmişdir.
Daha sonra, monoqrafiyanı milli cinayət-prosessual hüquq elminin inkişafı sahəsində mühüm bir addım kimi qiymətləndirən hüquq elmləri üzrə fəlsəfə doktoru Z.Əzimov müəllifin elmi yaradıcılıq texnikası, əsərin ərsəyə gəlmə tarixçəsi və monoqrafiyanın elmi yeniliyi haqqında geniş söhbət açmış, məhz magistrantın belə bir spesifik sahədə monoqrafiya qələmə alması və geniş hüquq ictimaiyyəti tərəfindən qəbul edilməsi, Azərbaycan hüquq elminin görkəmli simalarının bu əsərə müsbət rəy verməsinin özlüyündə milli hüquq elmində nadir hadisə olduğunu vurğulamışdır.
Daha sonra, bütün hüquq sahələrində olduğu kimi cinayət-prosessual hüquq sahəsində də Azərbaycan dilində yeni nəsil hüquq ədəbiyyatının yaradılmasının vacibliyinə toxunan tanınmış hüquqşünas, “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov əsərin bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Monoqrafiyanın linqvistik aspektləri barədə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru T.Şükürlü əsərin dilinin və müəllifin üslubunun məziyyətləri barədə söhbət açmışdır.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Qaya Əliyev cinayət-prosessual qanunvericiliyin inkişaf dinamikasından, monoqrafiyanın aktuallığından geniş söhbət açmış və əsər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Müəllifin qələm dostlarının, digər ictimaiyyət nümayəndələrinin çıxışlarından sonra, sonda imza mərasimi keçirilmiş, monoqrafiyanın nüsxələri tədbir iştirakçılarına təqdim olunmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual əsaslarının tədqiq olunduğu monoqrafiyanın elmi redaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri - AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əzimov və başqalarıdır.


Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib
Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib
Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib
Gənc hüquqşünasın sayca 2-ci kitabının təqdimatı keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:57 Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edir Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür. Trend-in məlumatına görə, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur
23:47 Əli Həsənovun yeni kitabı - (Foto) Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini
08:37 BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib BDU Mətbuat və İnformasiya şöbəsindən Mediaxeberleri.az-a verilən məlumata görə, konfransın məruzəçiləri - fakültənin dekan müavini, dosent Sevinc Əliyeva “Milli-mənəvi dəyərlərin qoruyub saxlaması və bu məsələdə gənc yazarların rolu”, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya
16:21 Göyçayda yerli hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanıldı Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov bu gün səhər saatlarında həbs olunub. Bu barədə arqument.az-a T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib. O bildirib ki, oğlu ilə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara
21:22 Azərbaycanda 63 həkim saxta diplomla tutuldu 2014-cü il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az