t s

» » Tural İrfan: Dəbdəbəli qəbir daşı Axirəti danmaqdır

Tural İrfan: Dəbdəbəli qəbir daşı Axirəti danmaqdır

22-11-2016, 22:49 Yazar:  tural Baxılıb: 270 Çap et
Müqəddəs kitabımız israfı haram buyurur

Haram olan yerdə bərəkət olmaz

Devalvasiyanın yaratdığı ciddi iqtisadi böhran hər an hiss olunur. İş yerlərinin bağlanması, işçilərin ixtisar olunması, dərman preparatlarının bahalaşması müşahidə edilir. Bu addımlar iqtisadi böhrandan çıxış yolu ola bilməz. Böhrandan çıxış yolu, yalnız məmurların taladığı var-dövləti yerinə-yiyəsinə qaytarmaqda ola bilər. Çünki burada bir haramlıq məsələsi də var. O yerdə ki, oğurluq, rüşvət var, orada ruzi-bərəkətin ərşə çəkilməsi mütləq müşahidə olunacaq. İkinci məsələ isə milyonlarla pulun, xüsusən imkanlı şəxslər tərəfindən dünyasını dəyişmiş yaxın qohum - əqrəbalarının məzarı üzərində bir növ yerə dəfn edilməsidir.

Hər bir qəbristanda milyard dollarlarla vəsait basdırılır, orada dəfn olunan ölülərlə bahəm. Hər bir qəbristanda bir parka, bir qəsəbəyə qoyulan vəsaitdən qat-qat artıq pullar havaya sovrulur sanki. Axı biz marksist Sovet ideologiyasından və rejimindən yaxamızı qurtarmışıq. Ölümdən sonrakı dünyaya inamsızlığın əlaməti idi ki, insanlar yalnız bu dünyada ölülərinin xatirəsini əbədiləşdirmək və təskinlik üçün üstlərində qəsrlər və mərmərlər ucaltmağa meyllənmişdilər. Bir az da ölkəmizdəki qəbir daşı biznesinə baxan erməni ustalar və sex sahibləri bu daş məsələsinə həvəs yaratmışdı xalqımızda. Dində, istər islam, istərsə də xristianlıq və yəhudilikdə də təmtəraqlı qəbirüstü abidələr və məzar daşları yasaq olunur. Biz bunun bariz nümunəsini xaçpərəst və yəhudi aləmində də görürük. Hətta islam aləminin böyük əksəriyyətində də bu yoxdur. Sadəcə bir çox müsəlman ölkəsində müqəddəslərin məzarı üstündə müxtəlif niyyətlərlə abidələr ucaldılıb.

Ancaq sıravi qəbristanlarda bu yoxdur. Təəssüf ki, ölkəmizdə əksər qəbirlərin üstündə yüksək qiymətli qara və ağ mərmərlərdən hazırlanmış böyük daşlar mövcuddur. Bunun qarşısı da alınmır. Xalqın israfına və bəhsə girməyinə səbəb olur. Nəticədə qəbristanda yerlər israf edilir, bir qəbrə elə olur 20 qəbirlik ərazi qurban verilir. Bəzi imkanlılar özünə nəsil məzarlığı düzəldir və böyük əraziləri zəbt edir.
Sanki orada da bir yarışa girmə var, qıraqdakı kimi. Kimin villaları varsa, sadə qəbirlə dünyadan getməyi özünə sığışdırmır. Halbuki o dünyada bu qəbirlər ölmüş insana üz qaralığından başqa bir şey deyil. İslam dinində qəbirüstü abidə ucaltmaq qadağan olunur. Sadə bir nişangah qoymaq tövsiyə edilir. Bu, peyğəmbərlərin hamısının dövründə belə olub. Sadəcə, sonrakı nəzir yığmaq həvəsi insanlarda əvvəlcə müqəddəslər, sonra da qeyri müqəddəslər üzərində kümbəzlər ucaltmağa meyl yaratmışdır. İndi də bu adət şəklini alıb. İmkanı olmayan kasıblar da öz ölülərinin qəbrini ucuz və kiçik görməmək üçün hətta borcla mərmərlər sinədaşı, başdaşı ucaldırlar. Bəlkə də o mərhumun balası evdə ac qalır sonra... Bunu təəssüf olsun ki, ölkəmizdəki dindarların, ilahiyyatçıların, ruhanilərin əksəriyyəti dilə gətirmirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir ara standart məzar daşları barədə söz açmışdı, lakin sonradan ara verildi. Hesab edirəm ki, bunu dindarlar və əsasən ruhanilər təbliğ etməli və əhalini bu təmtəraqdan çəkindirməlidirlər.

Ölünün “əvəzinə” namaz qılan mollalar

Yas yerlərində xəlifələr arasında gedən mübarizədən və çaxnaşmadan, bəzən də xurafi nağıllardan danışıb hər məclisdən 300-400 manat alan mollalar, axundlar, qazılar bax belə şeylərdən danışsalar, Muhəmməd əleyhissəlamın əsl dininə yaxınlaşarlar. Təbii ki, bu tövsiyyə, nəsihət xarakterli olmalıdır.
Ölünün bütün qılmadığı namazlarını guya qılacağı vədə ilə ölü sahibindən 500-1000 manat alan mollalar var. Nə Allah yolunda zəkat verirlər, nə də dövlətə vergi... Heç olmasa camaatı məclislərdə çəkindirməlidirlər, inandırmalıdırlar ki, böyük-bahalı daşlar olmaz. Necə ki, ölü sahibini inandırıb pul alırlar ki, mərhumun qılmadığı namazları qılmasaq, orda onu incidərlər...

Dəbdəbəli qəbir daşı axirəti danmaqdır

Qəbir daşları israfdır. “Quran”da Allah-təala israf etməyi haram buyurur. Lazım olsa idi, Peyğəmbər əmisi Həmzənin, ata-babasının üstündə Kəbə kimi, Mədinə məscidi kimi bir abidə ucaldardı. Dünyadan gedəndə vəsiyyət etdi ki, ya Əli, qəbrimin üstünü 4 barmaqdan uca eləmə! Ucuz və adi bir xatirə daşı qoymaq, üstünə də mərhumun adını yazmaq olar. Məsələn, Amerikada tanınmış boksçu Məhəmməd Əlinin məzarını nümunə götürmək olar. Bir çox Qərb ölkələrində də bu belədir. İslam əksinə, xristianlıqdan da çox şan - şöhrətə, yekəxanalığa, təkəbbürə, bəhsə girməyə, dünyagirliyə pis baxır. Ancaq təəssüf ki, bu gün elə bu işləri görənlərin əksəriyyəti müsəlman hesab olunanlardır. Peyğəmbər də israfı haram buyurub. Sinə daşı qoymağa dində yasaq vardır. Mərhumun üstünə məcazi mənada rəhmət yağışı yağmalı, sinəsinə tökülməlidir. Bu daşlar ölüyə bir ağırlıqdır. Qıraqdan da qorxulu və vahiməli təsir bağışlayır bu qara daşlar. Axirəti inkar etməkdir belə daşlar qoymaq. Bəziləri islam ümmətini texniki və sair inkişafdan geri qalmaqda suçlayır. Ancaq bunu dərk etmirlər ki, islam dini əsas axirət həyatına üstünlük verdiyindən bu dünyada müvəqqətiliyi dərk edir.

Halbuki əksər elmi kəşflər “Qurandan götürülüb və Fərabi, İbn Sina, Bəhmənyar kimi islam alimlərinə Qərbin Eynşteynləri humanizmdə hələ çata bilməyiblər. Qəbir daşları xalqımıza böyük ziyan vurur. Hesab edirəm və təklif edirəm ki, dövlət və hökumət qurumları bu məsələylə ciddi maraqlanmalıdır. Lazım gələrsə, Qanun layihəsi qəbul olunaraq tətbiq olunmalıdır.

Qadağa xarakterli də ola bilər. Standart qəbir daşları olmalıdır. Ölünün üstünə daşları yığmaqdansa onun ruhuna rəhmət oxutmaq üçün bir şəhid ailəsinə maddi yardım etmək olar. Kasıb və imkansız ailənin təhsil alan uşağının təhsil haqqını ödəmək olar. Bir kəndə yol çəkdirmək olar. Elə qəbristana yol çəkmək olar. Elə yerlər var ki, qəbristanın ümumi çəpəri yararsız vəziyyətdədir, amma hər kəs öz sərdabəsinə hündür hasarlar çəkibdir. Bu günah və hörmətsizlikdir. Bu qəbristanda uyuyan hər kəs azərbaycanlıdır, müsəlmandır. Ölülər arasında ayrı- seçkilik lazım deyil və bu günahdır. O dünyaya hər kəs 12-15 manatlıq ağ kəfənlə gedir. Heç kəs əbədi yaşamayacaqdır. Hətta Peyğəmbərə vəhy gətirən Cəbrail mələk də, canları alan Əzrail mələk də öləcəkdir. Bütün dünya, bütün tikililər dağılacaqdır, qəbirlər də həmçinin. Ölülər qəbirlərdən çıxacaqlar, necə ki, ana bətnindən çıxırdılar... Yəni, bu dünya fanidir, əsas axirət dünyasıdır. Əgər heç Adəmin dövründən demirəm, təkcə bizim Peyğəmbərimizin dövründən bu yana indiki kimi böyük ərazilərdə təmtəraqlı məzarlar bərqərar olsaydı, onda bu gün müsəlman torpaqlarının 70 faizi gərək qəbristanlıq olaydı. Şəhərləri, kəndləri qəbristanlığa döndərmək olmaz. Qəbirlər müəyyən müddətdən sonra torpağa qarışmalıdır. Bəzi tanınmış şəxsiyyətlər və müqəddəsləri istisna etmək olar ki, onların xatirəsi və ziyarəti xalqa, ümmətə, bəşərə bəzi nailiyyətlər bəxş edə bilər. Vətəndaşlarımızı israfa, kasıbçılığa aparan amillərin əm ümdəsi elə bu qəbir məsələsidir. Ölkədə elə bir ailə tapılmaz ki, dünyasını dəyişmiş yaxınının məzarı üstündə ən azı 1000-2000 manatlıq daş qoymasın. Hər kəsin öz yaxınının məzarı ətrafına hasar çəkməsindənsə ümumi bir hasar olmalıdır. Qəbirlər də sıra ilə olmalıdır. Hətta sağlığında layiqli qayğıya möhtac olan mərhumların üzərində tikilən abidələr böyük günahdır. İnsanlara Cabir Novruz demişkən, sağlığında qiymət vermək lazımdır.

Təklif edirəm ki, ciddi tədbir görülsün.

Standart qəbir daşı hazırlansın. Qərar qüvvəyə minsin. İlk olaraq kimin yaxını dünyadan getsə, məmur ya sıravi vətəndaş, bu daşdan istifadə olunsun. Nümunə kimi də Məhəmməd Əlinin daşı götürülsün. Çünki bizdə artıq mərmərə bir simpatiya yaranıb, həm də bu mərmər işinə-biznesinə baxan oliqarxın da inhisarına "xələl" gəlməz. Sadəcə, bir az ucuz və az həcmli mərmərdən istifadə olunar.

Tural İrfan
Dünya “Gənc Türk Yazarlar Birliyi"nin məşvərət şurasının, Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, ilahiyyatçı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az