t s

» » XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır

XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır

17-02-2015, 22:27 Yazar:  Aygün Baxılıb: 775 Çap et
XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır“Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib.

Mediaxeberleri.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN başçısı Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə dediklərini şərh edərkən bildirib.

H. Hacıyev qeyd edib ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

“Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, E. Nalbandyan həmsədrlərlə görüşdə rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: “Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:48 İlham Əliyev həmsədrləri qəbul etdi Danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Mediaxeberleri.az
18:22 Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaqdan imtina etdi Ermənistan prezidenti məktub yazdı. Ermənistan prezidenti Serj Sarkisyan parlament sədri Qalust Saakyana məktubla müraciət edərək onu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması haqqında protokolu parlamentdən geri çağırmaqla bağlı qərarı barədə məlumatlandırıb. Bu barədə Oxu.Az
14:47 Elmar Məmmədyarov: "Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar" “Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”. Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı
09:02 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil “Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya
12:05 Ankara İrəvanı qucağına alır Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az