t s

» » Saxta "Amerikan Quranı " müsəlmanların ixtilafına "töhfə"...

Saxta "Amerikan Quranı " müsəlmanların ixtilafına "töhfə"...

17-11-2016, 15:32 Yazar:  tural Baxılıb: 254 Çap et
Saxta "Amerika Quranı" və müsəlmanların vəhdət problemi.
Müsəlmanlar dünyada ən böyük neft ehtiyatlarına malikdir. Lakin yaxından öyrənsək, İslam ölkələrinin çoxu ehtiyac içində yaşayır və üzərilərinə iqtisadi şərtlər qoyan Beynəlxalq banka tabedirlər. Bu dövlətlərin çoxunun nefti böyük nüfuz sahibləri üçün girova çevrilib.
Yəqin biz daxili məzhəbçilik nifrətində ifrata vardığımızdan hiss etmirik ki, şəriət və əqidə dəsti – xəttinə, bəşəri gərçəkliyinə, iqtisadi sərvətlərinə, strateji mövqelerinə, siyasi və təhlükəsizlik dayaqlarına görə burada şərq – qərb dünya müharibəsi vardır.
Dünyanın həqiqi gərdişindən agah olan müsəlman alimləri haqlı olaraq qeyd edirlər ki, müsəlmanların ən böyük bədbəxtliyi zülmə məruz qalmalarının səbəbi zalım və küfr hegemonların qarşısında təfriqə edərək aciz qalıb var – yoxlarını onlara qurban verməsindədir.
M. Ə. Sabirin bir şerinin mövzuya qüvvət, burada zikr etmək mətləbdən kənar olmaz İnşaallah:

... Bir vəqt Şah İsmayilu – Sultani – Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı bir dini – qədimə,
Saldı bu – təşəyyö, bu təsənnü bizi bimə...
Qaldıqca bu halətlə səzayi - ə səfir biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
... İndi yenə var tazə xəbər, yaxşı tamaşa
İranlılıq, osmanlılıq ismi olub ihya
Bir qitə yer üzündə qopub bir yekə dava
Meydan ki, qızışdı olarıq məhv sərapa...
Onsuz da ki, hərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Saxta "Amerikan Quranı " müsəlmanların ixtilafına "töhfə"...

Yəni heç olmazsa indən belə öz dinimizin başına əngəl olmayaq. Özümüz – özümüzdən ümidimizi üzməyək. Artıq indiyədək olan ixtilaflar, qırğınlar, fitnələr, nifrətlər və lənətlər dövrü başa çatmış ancaq küfrə, haqsızlığa, zülmə, parçalanmaya və qardaşlığı pozacaq hər bir amilə qarşı çıxmaq vaxtı gəlib çatmışdır. Bir hədisdə belə buyurulur: “Kim müsəlmanların işləri ilə maraqlanmadığı halda sübhə çıxarsa, deməli o şəxs onlardan deyil.” Nəinki Sabirin dediyi kimi hərə bir firavan guşəyə çəkilib; Millət necə tarac olur olsun nə işim var. Düşmənlərə möhtac olur olsun nə işim var?! mövqeyində duraraq, haqsızlıq qarşısında dilsiz Şeytana dönsün...
İslam heç də qeyd etdiyimiz kimi dünya işlərində passiv və aciz bir din deyildir. Fundamentalizmin tədqiqatçılarından biri ilahiyyatçı Seyid əl – Qütb bu barədə belə deyir: “Bizim din, tək insanların ürəyində yaşamaq üçün gəlməyib. O, həm də hökmranlıq və həyatda dinclik yaratmaq üçün gəlib... Tək çağırışlar ilə yox, həm də öz qanunlarını həyata keçirmək yolu ilə.”
Yəni İslam tətbiqat dinidir. Quru kəlamlardan və tək nəsihət xarakterli bir missiyadan ibarət deyil. Canlı, həyata tətbiq edilən, yaşam tərzi olan bir dindir. Hər bir kəlam hər bir hökm feili və əməli şəkildə həyata keçirilməlidir. Ümid olunur ki bu vəhdət məsələsi də zamanın müstəvisinə çıxarılacaq, yolları düşünüləcək, yeni vəhdətməqsədli təşkilatlar yaradılacaq, bu fikirlər beyinlərdə, bu yazılar kitablarda qalmayacaq, həyata tətbiq ediləcəkdir.
Son 25 ildə müsəlmanların sayı 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianları sayca geridə qoydu. 1973 – cü ildə müsəlmanların sayı 500 milyon idisə, hazırda bu rəqəm 1,5 milyardı keçir. Qərbli tətqiqatçılar miqrasiya proseslərinin təsiri altında çoxlu sayda avropalının İslama gəlməsi nəticəsində, 50 ildən sonra bu bölgənin İslam dini üçün başlıca mərkəz olacağını proqnazlaşdırırlar. Son bir neçə əsr ərzində İslamın inkişafından qorxuya düşən qeyri – müsəlman dünyası bu inkişafa mane olmaq naminə hər cür vasitəyə əl atmışlar. Öz məqsədinə nail olmaq üçün Qərbin əlində ən əlverişli vasitə - İslam məzhəbləri arasında ayrı – seçkilik salmaq və vəhdəti pozmaqdır. Xüsusilə, son 200 il ərzində müsəlman aləminin təfriqə səbəblərini araşdırdıqda Qərb imperializmini izləri ilə rastlaşırıq.
Dərin zəkaya malik İslam mütəfəkkirləri düşmən qüvvələr qarşısında müsəlmanların möhkəm durmaları üçün mütləq birləşmələrinin lazım olduğunu anlayaraq müsəlman ümmətini hər vasitə ilə birləşməyə çağırmışlar. Hal – hazırda İslam birliyini daxildən zəiflədən məzhəb ayrı – seçkiliyi Qərbə fürsət vermişdir ki, İslam torpaqlarının və sərvətlərinin əksəriyyətini ya əsarət, ya da nəzarət altında saxlasınlar. Amerikanın “Omeda 2001” və “Wine Press” mətbəələri böyük tirajla saxta Quran nəşr etmişdir. Amerikada, Avropada hətta Fələstində də geniş yayılmış bu nüsxəni Küveytdə yalnız xüsusi məktəblərdə tapmaq olar. “The True Furqan” adlandırılmış saxta kitab 368 səhifədən, 77 surədən ibarətdir. Kitaba ərəb və ingilis dillərində xristianlığı əks etdirən mətnlər daxildir. Saxta amerikan kitabının cəlbedici məqamlarından biri cihada qadağa qoymasıdır. Cihad amerikan vəhyinə görə bütün hallarda haram sayılır.
Səddamın süqutu zamanındakı İraq müharibəsi ərəfəsində, Kubanın Quantanama hərbi bazasında müsəlman əsirin dindirilməsi zamanı Qurana qarşı edilən hərəkət təhqir və hörmətsizlikdir. Müsəlman əsirin iradəsini sındıra bilməyən, son olaraq onun ən müqəddəs kitabı – Quranı parçalayıb unitaza atmağa qalxan ABŞ rəsmisi bu yolla onu alçaltmağa, mənəviyyatını, ruhunu öldürməyə çalışır. Bu, "demokratik" ABŞ məktəbinin dindirmə, istintaq metodudur. Görün, dindirmənin hansı mərhələlərinə əsir dözə bilib ki, yalnız ən müqəddəs kitabı – Quranı napak yerə atmaqla (bu səhnədə müstəntiqin əsirə dediyi söz və əsirin keçirdiyi hissləri təsəvvür edin) onun nəinki, varlığını, hətta dinini belə alçaldır. Bu artıq Quantanamada bir dindirilmə metoduna çevrilmişdi. (Bu kimi hadisələr, mətbuatdan və telegörüntülərdən bütün bəşəriyyətə məlumdur.)
Bu bütün İslam aləminə təhqir və müharibə elan etmək deməkdir. Əgər Amerika, bir və ya bir neçə şəxsin belə küfrlərə yol verməsini və belə bir kəsin bütün Amerikanı təmsil etmədiyini deyirsə, fəqət bir Quran bütün İslam dünyasını təmsil edir.
Mövcud hadisələr bütün İslam aləminə qarşı törədilib. Bu hadisələr, dünyada 2 milyarda çatan müsəlmanları bir kəlimə altında və bir əqidə uğrunda birləşməyə vadar etməlidir. Bu gün birləşməsək sabahımız bundan da acınacaqlı olacaq.
IX əsrin sonlarında yaşamış Ayətullah M. Həsən Şirazinin nəticəsi Seyyid Rəzi Şirazi öz müsahibələrində belə deyir:
Ayətullah Mirzə Şirazinin dövründə Samirə şəhərində təhsil alan bir şiə tələbə ilə bir sünni baqqal arasında ticarət üstündə ixtilaf düşür. Bu ixtilaf böyüyərək xeyli insanları da əhatə edir. Hətta şəhərin təəssübkeş sünni əhalisindən bir neçə nəfər Mirzənin evini daşa basırlar. Ətraf məntəqələrdə (Nəcəf, Kərbəla...) yaşayan şiələr Mirzədən icazə istəyirlər ki, münaqişəyə qoşulub vəziyyəti öz xeyirlərinə dəyişdirsinlər. Amma Mirzə bu təklifi qətiyyətlə rədd edir.
Əhvalatı eşidən ingilis və rus səfirləri təcili olaraq Mirzə Şirazi ilə görüşərək təklif edirlər ki, onların hərbi və siyasi qüvvəsindən istifadə edərək şəhərin şiə əhalisini qorusun. Mirzə onlara belə cavab verir: “Sizin ixtiyarınız yoxdur ki, biz müsəlmanların daxili işlərinə qarışasınız. Bu məsələnin İngiltərə və Rusiyaya heç bir dəxli yoxdur. Bizim dinimiz bir, qibləmiz və Quranımız birdir!”
Osmanlı imperiyasının Bağdaddakı valisi Mirzənin xarici səfirlərə verdiyi cavabdan xəbərdar olub və Samirəyə gəlib Mirzə ilə görüşür. O, Mirzədən icazə istəyir ki, şəhərdə ixtişaş törədən təəssübkeş sünniləri cəzalandırsın. Mirzə razı olmayıb buyurur: “Bunlar mənim balalarımdır, bir – biri ilə savaşıblar, özümüz münaqişəni həll edərik.”
Vali Ayətullah ilə söhbətini Sultana yazır. Sultan, Mirzəyə aşağıdakı məzmunlu teleqram göndərir: “Sizə edilmiş hörmətsizlik müqabilində hər nə istəsəniz, günahkarlar barəsində icra etməyə hazırıq.” Mirzə cavabında yazır: “Biz onları əfv etdik.”
Beləliklə uzaqgörən din xadiminin səbri və bacarığı sayəsində qısa müddət ərzində qarşıdurma aradan qalxır, həm qardaş qırğının qarşısı alınır, həm də xarici qüvvələrin məsələyə qarışmasına icazə verilmir. Amma indiki İraq – Amerika müharibəsində təəssüf ki, fitnəkarlar bu kimi məsələləri qabardaraq məharətlə öz xeyirlərinə istifadə edirlər. Hətta sünnilər və şiələr arasında silahlı qarşıdurma belə yaratmışlar. Özləri isə guya, demokratiya və sülhgətirici olub bu davaları yatırandırlar. Buna görə də müsəlmanlar məzhəbi təəssübü kənara atıb belə fitnələrə getməməlidirlər. Ata – bala qaydalarına, adət - ənənələrə bağlı bəzi şəxslər (təəssüf ki onların arasında savadsızlarla yanaşı alimlər də vardır.) dostluq və birlik fikrini heç təsəvvürə gətirə bilmir, bu yolda atılan hər addımı “öz məzhəbini qurban vermək” kimi başa düşürlər.
Müşahidə edilir ki, vəhdətə dəvətdə hələ formalaşmış, fikir, şəriət, üslub cəhətdən İslam reallığını dərk etmə səviyyəsində firqələri birləşdirən bir yolun, missiyanın, məzhəbin olmaması vəhdətin müsəlmanlar arasında felən həyata keçməsində passivlik yaradır. Bunu ancaq qaynayıb – qarışma nəticəsində hər iki tərəfin nümayəndələri vasitəsilə qarşılıqlı anlaşma və ortaq fikrə gəlmə nəticəsində yaratmaq və həyata keçirmək olar.
İslamda olan qatı təəssübkeşliyi aradan qaldırmaq üçün 1948/49 – cu illərdə şiə və sünni aləminin aparıcı simalarının təşəbbüsü ilə Misirdə “Darut – təqrib beynəl – məzahibil – islamiyyə” (İslam məzhəbləri arasında yaxınlaşma təşkilatı) adlı qurum yaradıldı. Onun təşəbbüsçüləri cəfəri müsəlmanların mərcəi – təqlidi Ayətullahul – uzma Birucerdi və əhli – sünnənin elmi və dini rəhbəri, “Əl – Əzhər” ali dini universitetinin rektoru mərhum Şeyx Əbdulməcid Səlim idi. bu mərkəz öz fəaliyyəti boyunca “Risalətul İslam” adlı rüblük jurnal nəşr etdirmişdir ki, həmin jurnalın yazarları sırasında o dövrün ən məşhur islamçı müəlliflərindən Fərid Vəcdi, Əhməd Əmin, Ayətullah Kaşiful – Qita və b. simalar da var idi. “Darut – təqrib” cəmiyyəti İranda sünni alimlərinin, Misirdə isə şiə müəlliflərinin klassik əsərlərini çap etdirir, müştərək konfrans və simpoziumlar keçiridi.
Təbiidir ki, bu təşkilatın fəaliyyəti bəzi təəssübkeş dairələr tərəfindən anlaşılmazlıqla qarşılanırdı. Sonrakı illərdə Əl – Əzhərə rəhbərlik etmiş mərhum Şeyx Mahmud Şəltutun söylədiklərindən: “Biz “Darut – təqrib” də fəaliyyət göstərərkən bəzi sünnilər onları şiə etmək, bəzi şiələr isə onları sünniləşdirmək arzusunda olduğumuzu zənn edirdilər.”
Birucerdi həzrətləri təəssübkeşliyi aradan qaldırmaq naminə əlindən gələni əsirgəmir, vəhdəti pozan hər kiçik hərəkətə belə öz qəti etirazını bildirməkdən çəkinmirdi. Onun tələbələrdən biri xatirələrində yazır ki, şeir təbi olan bir alim iki cildlik fiqh mənzuməsi yazıb kitabın ilk nüsxəsini Ayətullaha göndərir. Kitabın iki beytində xəlifələrin ünvanına təhqiramiz ifadələr işlədilmişdir. Ayətullah Birucerdi kitabı oxuyub həmin beytlərə çatanda qəti narazılığını bildirir. Müəllif məsələni necə həll etmək lazım gəldiyini soruşduqda Ayətullah cavab verir: “Həmin beytləri kitabdan çıxart, sonra kitabı yenidən nəşr etdir. Bunun üçün nə qədər xərc tələb olunsa, mən ödəyərəm.”
İslamı bəlkə də küfr, nifaq, zalim xarici qüvvələrdən qorumaq asan olardı, nəinki daxildəki özümüzün özümüzə vurduğumuz ziyanlardan can qurtarmaq.
Əsrlər boyu əcnəbi bədniyyətlilərlə yanaşı nadanlıq və cahillik ucbatından özümüz də İslama çox zərər vurmuşuq. Buna görə də xaricilərlə yanaşı İslamı özümüzdən də qorumamız lazımdır. Necə ki, Cabir Novruz bir sevgi şeirində belə deyir:
Hələ ki heç kəsə dəyməyib gözüm
Səni gözümdən də qoruyam gərək.
Səni özümdən də çox sevdim özüm
Səni özümdən də qoruyam gərək...
Tural İrfan




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az