t s

» » UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edib

UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edib

17-02-2015, 22:25 Yazar:  Aygün Baxılıb: 694 Çap et
UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edibUEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun hesaba alınmamağı ilə bağlı iradını bildirən Ağdam təmsilçisinin haqlı olduğu qənaətinə gəlib.

UEFA Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının təmiz qolu qeyd almamaqla, səhvə yol verdiyini etiraf edib. Bu üzdən də “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin matçın yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda çexiyalı hakimlərin cəzalandırılması tələbi haqlı irad kimi dəyərləndirilib.

Gözlənildiyi kimi, oyun yenidən keçirilməsi haqqında qərar qəbul olunmayıb. Amma UEFA-nın baş tutan iclasında qəbul olunan qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi öz əksini tapıb. Qurum “Qarabağ” nə qədər təmiz qol vursa da, hakim qərarıyla əngəllənməsi, həmin epizodda qaydalarının pozuntusunun olmaması fikri ilə tam razılaşıb. Sonda belə kobud səhvə yol verən çexiyalı hakimin cəzalandırılacağı vurğulanıb.

Lakin UEFA rəsmiləri hakimlərlə bağlı qərarın nə vaxt veriləcəyini açıqlamayıb. Çexiyalını gözləyən hər hansı cəzanın müddəti ilə bağlı də hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, “İnter”lə Bakıda keçirilən qrup mərhələsinin son iyununda qalib gələcəyi halda, “Qarabağ” 2-ci yerin sahibi kimi 1/16 finala yüksələcəkdi. Ağdam təmsilçisini təmiz qələbədən məhrum edən Zelinka həm də komandamızın növbəti mərhələyə yolunu bağlayıb. Bu səhv sayəsində qrup ikincisi olan Ukrayna “Dnepr”i isə ilk matçı fevralın 19-da baş tutacaq 1/16 finalda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:51 Dünya liqası: Azərbaycan Fransadan öndədir Bu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir. Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir. Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib.
14:22 TAP çərçivəsində Azərbaycandan alınacaq qazın satış qiymətinin aşağı salınması mümkün deyil - SOCAR "Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması kimsə istəsə belə, mümkün deyil". “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə
12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az