t s

» » Tural İrfan: "Məmurlarımız yığdıqları paralardan xalqın zəif və kasıb zümrəsinə dağıtsalar, həm dünyada sevilərlər, həm də axirətdə..."

Tural İrfan: "Məmurlarımız yığdıqları paralardan xalqın zəif və kasıb zümrəsinə dağıtsalar, həm dünyada sevilərlər, həm də axirətdə..."

7-11-2016, 21:27 Yazar:  Məmməd Məmmədov Baxılıb: 338 Çap et
Tural İrfan: "Məmurlarımız yığdıqları paralardan xalqın zəif və kasıb zümrəsinə dağıtsalar, həm dünyada sevilərlər, həm də axirətdə..."
İSLAM PEYĞƏMBƏRİ :"Səxavətli insanın yeməyi dərman, xəsis insanın yeməyi isə xəstəlikdir" -- deyə buyurub.

İndiyə baxmış keçmişdə səxavətli insanlar çox olub. Dünyada ölkəmizdə də belə olub. İndi dünyanın ən varlı insanlarının çoxu xəsisdir və pullarını banklara doldurub səxavətlilik etmirlər. Edənlər də az bir qismdir.

Hətta keçmiş zamanda Hatəm varmış... Tarixdə də söhbət açılır ondan. Dəfələrlə var-yoxunun hamısını xalqa paylayıbmış. Hətta geyindiyi paltarını da bir dəfə verib quma giribmiş qurşağa kimi. İslam elçilərini də könülsüz qəbul edib, elə islamı da deyəsən könülsüz qəbul edibmiş. Ancaq oğlu könüllü müsəlman olub. Deyib ki, islam səxavətli olmağı deyirsə, bunu mən hamıdan yaxşı edirəm... Nə isə...

İmam Həsən və İmam Hüseyn dəfələrlə var dövlətinin yarısını xalqa dağıtmışdılar. Xəlifə Əbu Bəkr Peyğəmbərin ilk döyüş səfərinə bütün var-dövlətini gətirmişdi.
Hacı Zeynəlabidin Tağıyevin etdikləri göz qabağındadır.Ancaq indi Hatəmdən də, İmamlardan da, Tağıyevdən də varlı olanlarımız var, ancaq səxavətləri yoxdur. Etdiklərini də reklam edirlər. Rüşvət yığıb sonra da Həccə adam göndərirlər.

Məmurlarımız yığdıqları paralardan xalqın zəif və kasıb zümrəsinə dağıtsalar, həm dünyada sevilərlər, həm də Axirətdə günahlarına güzəşt olunar. Bunu İslam deyir, bunu Quran deyir, bunu Həqq təala deyir...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:50 "Quran"da yeni möcüzə: İmam Əli haqqında sirli faktlar İlahi kitabımız olan "Qurani-Kərim" möcüzələr kitabıdır. Bu kitabda saysız elmi-qeybi məlumatlar mövcuddur. Zaman-zaman bu əlamətlər bəzi üləmanın, hətta Qərb elm adamlarının vasitəsi ilə ortaya çıxarılmışdır. Hətta bir çoxunun islamı qəbul etməsinə vəsilə olmuşdur. Riyazi dəqiqlıklər, fizikaya,
21:39 İslamda Ramazan orucu vacib olmamişdan əvvəl bu ayın ilk on günlüyü oruc tutulurdu - Tural Irfan İslam təqvimi olan Hicri-Qəməri tarixinin 1438 - ci il, Muhərramul- Həram ayının 1-i , 2016-cı ilin oktyabr ayının 1 nə uyğun gəlir. İslam dinində 4 haram ay vardır. Bu aylarda savaşmaq və qan tökmək haram edilib. Həmin aylardan birincisi Muhərram ayıdır. Bu ay əzəldən bəri əlamətdar hadisələrin
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az