t s

» » Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat

Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat

10-03-2015, 13:00 Yazar:  Anar Baxılıb: 983 Çap et
Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinatKürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yeni müdir təyin olunub.

Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra başçısının birinci müavini Tacəddin Novruzov məlumat verib. Onun sözlərinə görə yeni şöbə müdirinin adı Məhəmməd Hidayətovdur. O öz vəzifəsinin icrasına 10-12 gündür ki, başlayıb.

Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovun əlbir olaraq Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitini mənimsədikləri aşkar olunmuşdu. Hər iki şəxs həbsdədir.

Bundan sonra isə Kürdəmir rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Şahbazov vəzifəsindən azad edilmişdi. Həmin ərəfədə Kürdəmir rayon icra başçısnın birinci müavini Tacəddin Novruzov da Arzu adlı şəxsin istintaqda ifadəsinin alındığı, vəzifədən isə uzaqlaşdırıldığını bildirmişdi. Ancaq T.Novruzov Arzunun soyadını bilmədiyini və daşıdığı vəzifəni açıqlamamışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:57 Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edir Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür. Trend-in məlumatına görə, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur
23:40 Nazirlərin mart səfərləri açıqlandı - Siyahı Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Mediaxeberleri.az martda rayonlara səfər edəcək nazirlərin siyahısını təqdim edir. Təhsil naziri Mikayıl Cabbarov martın 10-u Masallıda cənub zonasının sakinlərini
19:06 Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilər Saatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər. JAM.AZ-a az verilən məlumata görə, daha bir özbaşınalıq dünən baş verib. Belə ki,
09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az