t s

» » Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edir

Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edir

10-03-2015, 12:57 Yazar:  Anar Baxılıb: 931 Çap et
Bu gün Əli Həsənov 55 illik yubileyini qeyd edirBu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür.
Trend-in məlumatına görə, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.
Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.
1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək
Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.
1-ci dərəcə dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:35 Putin Əli Həsənov və Oqtay Əsədovu mükafatlandırdı Rusiya prezidenti sərəncam imzalayıb. Rusiya prezidenti Valadimir Putin Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edib.
00:13 Prezident Administrasiyasında yeni - TƏYİNAT Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsinə Cəmaləddin Quliyev təyin olunub. Mediaxeberleri.az xəbər verir ki, C.Quliyev buna qədər İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş
00:19 Əli həsənov: Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib “Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik”. Bu gün Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib. Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik, bu il Azərbaycan Avropa Oyunlarını, Avropa idmançılarını qəbul etməyə hazırlaşır.
18:06 Vüqar Əliyevə Prezident Administrasiyasında yeni vəzifə verildi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə
17:08 Əli Həsənov Prezidentin köməkçisi təyin edildi - SƏRƏNCAM Azərbaycan Prezidenti İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Əli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az