t s

» » Rüstəm Orucov "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

Rüstəm Orucov "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

29-10-2016, 22:18 Yazar:  Nuhu Baxılıb: 313 Çap et
Rüstəm Orucov "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıbBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir. Yarışın ikinci günü Azərbaycan millisi aktivinə ilk medalı yazdırıb.

Mediaxeberleri.az Reporta istinadən xəbər verir ki, 73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə 1/4 finaldan başlayıb.

Onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. Quluzadə üzərində qələbə qazanan Orucov yarimfinala yüksəlib. O, bu mərhələdə tatami sahibi Viktor Skvortovla qarşılaşıb. Rəqibini məğlub edən təmsilçimiz adını finala yazdırıb. Həlledici görüşdə İsveç cüdoçusu Tommi Makiasa uduzan Orucov “Böyük Dəbilqə”də millimizə ilk medalı qazandırıb.

Komanda yoldaşına məğlub olmasına baxmayaraq təsəlliverici görüşə vəsiqə qazanan Fəqan Quluzadə bu mərhələdə braziliyalı Aleks Silva ilə üz-üzə gəlib. Qarşılaşmanı qələbə ilə başa vuran Quluzadə bürünc medal uğrunda rusiyalı Musa Moquşkov ilə qarşılaşıb. Lakin bu qarşılaşmada uduzan təmsilçimiz 5-ci yeri tutub.

Digər cüdoçularımız - Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:36 Azərbaycan Çində Qran-Pri yarışında 6 medal qazandı Millimiz komanda hesabında 3-cü yeri tutub. Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, cüdo üzrə Azərbaycan milli komandası aktivinə daha
21:28 Cüdoçularımız Afrikada daha 3 medal qazanıb Mavrikiyanın paytaxtı Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, çempionatın ikinci günündə idmançılarımız komandanın aktivinə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az