t s

» » Aqil Acalov: "Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini yaratdı, tarix yazdı"

Aqil Acalov: "Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini yaratdı, tarix yazdı"

29-10-2016, 21:21 Yazar:  Məmməd Məmmədov Baxılıb: 538 Çap et
Aqil Acalov: "Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini yaratdı, tarix yazdı"
Türkiyə Respublikasının yaranmasının 93-cü ildönümü ilə bağlı Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov açıqlama verərək bu ölkənin sevincini öz sevinci, kədərini öz kədəri bilən hər kəsi təbrik edib:

"93 il əvvəl, məhz bu gün bütün imkansızlıqlara baxmayaraq, türklər tarix yazdı, böyük zəfərin meyvəsi olan Türkiyə Cümhuriyyətini yaratdılar. Azadlığından, qürurundan vaz keçməyən türklər bu gün də müstəqil Türkiyə ilə bütün dünyaya öz iradələrini, güclərini diqtə edirlər".


Federasiya prezidenti Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını, başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla hörmət və rəhmətlə xatırlayıb:

"Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında bölünməsi ötən əsrin əvvəllərində türklər üçün çətin vəziyyət yaratmışdı. Hər şeyin bitdiyinin düşünüldüyü bir vaxtda Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı. Türkiyə Cümhuriyyətini yaratdı, tarix yazdı".

Türkiyə qarşısında "ölüm" ya "olum" məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 - 1938) rəhbərlik edirdi. O, Anadolunun müxtəlif ərazilərində pərakəndə halda fəaliyyət göstərən Hüquq Müdafiə Cəmiyyətlərini bir yerə topladı. 1919-cu ilin payızında keçirilən Ərzurum konfransında rəhbər mərkəz - Nümayəndələr Komitəsi təşkil olundu. Mustafa Kamal Paşa onun sədri seçildi. Onun təşəbbüsü ilə 1919-cu il sentyabrın əvvəlində Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi keçirildi. Konqres "Milli hüdudlar içində olan vətən torpağı bütövdür!» şüarını irəli sürdü.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az