t s

» » Bu ermənilər türk olduqlarını təsdiqlədi - VİDEO

Bu ermənilər türk olduqlarını təsdiqlədi - VİDEO

27-10-2016, 17:02 Yazar:  Məmməd Məmmədov Baxılıb: 189 Çap et
Bu ermənilər türk olduqlarını təsdiqlədi - VİDEO
Ermənistanın Şirak vilayətinin Ariç kəndinin əsil adı Qıpçaq olub.

Mediaxeberleri.az
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, bu fakt Qazaxıstan telekanalının araşdırmasında öz təsdiqini tapıb.

Qazaxıstanın “Telekanal Xəbər 24” kanalının hazırladığı xüsusi reportajda Şirak vilayətinin Ariç kəndinin 8 əsrdən artıqdır qıpçaqların yaşadığı ərazi olduğu göstərilir. Bölgənin əsas danışıq dilinin qıpçaq dili olmasına baxmayaraq, bütün sənədlər, ədəbiyyat nümunələri erməni hərfləri ilə məhz qıpçaq dilində yazılıb.

Bildirilir ki, kənddə yerləşən indiki Sulpastvaçaçin erməni kilsəsinin adı əvvəllər Qıpçaqavan adlanıb.

Qəsəbənin rəhbəri Rolland Hazarityan bildirib ki, o, indi də özünü qıpçaq sayır və kəndin yaşlı nəsli özlərini hələ də qıpçaqlar adlandırırlar.

Video reportajda diqqət çəkən əsas məqam ermənilərin tarixi həqiqətləri gizlətmək, dəyişmək kimi mahir bacarıqlarının bu mövzudan da yan keçməməsidir.

Belə ki, erməni tarixçiləri də hesab edirlər ki, Qıpçaq adlanan ərazisinin 5 min il əvvəlki adı Ariç olub.

Qeyd edək ki, ərazinin türklərə məxsus olduğunu Qıpçaq kəndindəki Xpçaxvəng adlı kilsə və monastr (XII əsr) da sübut edir.

Hətta Qərbi Azərbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşadıqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 Qondarma “erməni – hay tarixçiləri” Aqafangel və Favstos Buzand Bu gün bəzi tarixi mövzularda əsərlər yazan bir çox tədqiqatçılar tez-tez “erməni tarixçi”lərinin əsərlərinə istinad edir, onlardan bol-bol sitatlar gətirirlər. Lakin çox az adama məlumdur ki, Sovet dövrünə qədər onların böyük əksəriyyəti ermənilərin heç özünə də məlum deyildi. Bu “erməni
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az