t s

» » Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı - Tural İrfan

Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı - Tural İrfan

20-10-2016, 09:58 Yazar:  Məmməd Məmmədov Baxılıb: 226 Çap et
Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı - Tural İrfan
Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlətimizin müstəqilliyində aparıcı və müstəsna rola malik təşkilatlardandır. Partiyanın siyasi həyatında və strukturunda zaman-zaman dəyişikliklər baş verib. Bu dəyişikliklərin partiyanın inkişaf və gələcəyinə təsiri müxtəlif olub.



Mediaxeberleri.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin dini məsələlər üzrə müşaviri Tural İrfan deyib. O, əlavə edib ki, partiya tarixində ən mühüm yeniliyi, yeni ruhu, təzəliyi, xalq etimadını 2015-ci ilin 18 oktyabrında baş vermiş AXCP Etimad Qurultayı gətirdi:

“Belə ki, uzun illər irəliləyişdən çox geriliyə və şəxsi ambisiyalara əsir olmuş partiya üzvləri Qurultay çağıraraq birmənalı şəkildə partiyada dəyişiklik tələb etdi və hörmətli Razi Nurullayevə səs verərək onu sədr seçdi. Bu qurultayda xalqın müxtəlif nümayəndələri işirak etdi, yeni ruha, demokratik yönətimə səs verdi. Bir ildir ki, bu partiya Razi Nurullayevin sədrliyi ilə öz dinamik inkişaf mərhələsinə qədəm qoyub. Sivil mübarizə yolunu seçərək qaragüruhçuluğa və yalan vədəbazlığa yox deyərək reallığı əsas götürdü”. Tural İrfan deyib ki, bu gün artıq AXCP ictimai-siyasi həyatda, müxalifətdə xüsusi yerə və rəğbətə malikdir: «Partiya inkişaf edir, irəliləyir və sədrin doğru qərarları, səlist və uzaqörən siyasi addımları nəticəsində sevilir. Ümid edirəm ki, bundan sonra da bu partiya inkişafını davam etdirərək xalqımızın, dövlətimizin gələcəyində, tərəqqisində mühüm və aparıcı rola yenidən sahib olacaqdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:01 AXCP: Xalqın təşkilatı inkişaf yolunda Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlətimizin müstəqilliyində aparıcı və müstəsna rola malik təşkilatlardandır. Partiyanın siyasi həyatında və strukturunda zaman-zaman dəyişikliklər baş verib. Bu dəyişikliklərin partiyanın inkişaf və gələcəyinə
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az