t s

» » AXCP: Xalqın təşkilatı inkişaf yolunda

AXCP: Xalqın təşkilatı inkişaf yolunda

20-10-2016, 00:01 Yazar:  Vilayət Muxtar Baxılıb: 496 Çap et
AXCP: Xalqın təşkilatı inkişaf yolunda
Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlətimizin müstəqilliyində aparıcı və müstəsna rola malik təşkilatlardandır. Partiyanın siyasi həyatında və strukturunda zaman-zaman dəyişikliklər baş verib. Bu dəyişikliklərin partiyanın inkişaf və gələcəyinə təsiri müxtəlif olub.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda

Mediaxeberleri.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin dini məsələlər üzrə müşaviri Tural İrfan deyib. O, əlavə edib ki, partiya tarixində ən mühüm yeniliyi, yeni ruhu, təzəliyi, xalq etimadını 2015-ci ilin 18 oktyabrında baş vermiş AXCP Etimad Qurultayı gətirdi:

“Belə ki, uzun illər irəliləyişdən çox geriliyə və şəxsi ambisiyalara əsir olmuş partiya üzvləri Qurultay çağıraraq birmənalı şəkildə partiyada dəyişiklik tələb etdi və hörmətli Razi Nurullayevə səs verərək onu sədr seçdi. Bu qurultayda xalqın müxtəlif nümayəndələri işirak etdi, yeni ruha, demokratik yönətimə səs verdi. Bir ildir ki, bu partiya Razi Nurullayevin sədrliyi ilə öz dinamik inkişaf mərhələsinə qədəm qoyub. Sivil mübarizə yolunu seçərək qaragüruhçuluğa və yalan vədəbazlığa yox deyərək reallığı əsas götürdü”. Tural İrfan deyib ki, bu gün artıq AXCP ictimai-siyasi həyatda, müxalifətdə xüsusi yerə və rəğbətə malikdir: «Partiya inkişaf edir, irəliləyir və sədrin doğru qərarları, səlist və uzaqörən siyasi addımları nəticəsində sevilir. Ümid edirəm ki, bundan sonra da bu partiya inkişafını davam etdirərək xalqımızın, dövlətimizin gələcəyində, tərəqqisində mühüm və aparıcı rola yenidən sahib olacaqdır”.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda


Ələddin Qarayev: “Azərbaycanın siyasi tarixində yeni səhifə açdıq”

“AXCP Etimad Qurultayı keçirməklə yeni siyasi tarix yazdıq”.


Mediaxeberleri.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri Ələddin Qarayev deyib. Ə.Qarayev bildirib ki, biz AXCP olaraq yeni tarix yazdıq:

“Bir il əvvəl Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Razi Nurullayevin rəhbərliyi ilə Azərbaycan tarixində çox möhtəşəm, yaddaşlarda qalan bir qurultay keçirdik. Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu günün 24-cü ildönümündə AXCP Etimad Qurultayı keçirilməsi də tarixə qızıl hərflərlə yazıldı. Biz dəfələrlə Əli Kərimli və onun rəhbərlik etdiyi dəstəyə təklif etdik ki, vəziyyətdən çıxış yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi və birgə qurultayın keçirilməsidir. Təəssüf ki, Əli Kərimli, onun məhdud dairəsi bu təklif və tələblərə əməl etmədi. Bununla da AXCP-nin rəsmən parçalanmasının əsasını qoydu. Əli Kərimli öz fəaliyyəti ilə yalnız AXCP-nin zəifləməsinə və siyasi səhnədən getməsinə xidmət edib. Dəfələrlə bəyan etmişdik ki, AXCP-nin xilas yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi, partiyadaxili demokratik seçki keçirilməsi və partiyada yaranmış avtoritarizmin aradan qaldırılmasıdır. Lakin onlar bu yolu qəbul etmədilər və partiyanın parçalanmasını rəsmiləşdirdilər”.

“Əli Kərimlinin yanında 3-4 şöbə qalmışdı”

AXCP funksioneri əlavə edib ki, bu partiyanın hüquqi cəhətdən də rəsmi təmsilçisi biz olduq:


“Keçən il AXCP EQTK olaraq qurultay keçirəndə Əli Kərimlinin ətrafında 36 rayon təşkilatı mövcud idi. Belə olan halda Əli Kərimli AXCP adından hər hansı qurultay keçirmək səlahiyyətini itirmişdi. Ona görə də AXCP EQTK olaraq bəyan etdik ki, Əli Kərimlinin AXCP adından keçirdiyi qurultay legitim deyil və bu adamlar AXCP-ni təmsil etmirlər. Onların AXCP adından çıxış etmək səlahiyyətləri bitmişdir. Birincisi, partiyanın Nizamnaməsi kobud şəkildə pozulmuş və bir ildən artıq müddətdə Əli Kərimli qeyri-qanuni olaraq özünü AXCP sədri kimi təqdim etmişdir. Çünki AXCP-nin Nizamnaməsinə görə partiyanın qurultayı 4 ildən bir keçirilməlidir və Nizamnaməyə görə qurultay 2014-cü ilin sentyabr ayında keçirilməli idi. Lakin Əli Kərimli partiyanın Nizamnaməsini pozub. İkincisi, partiya faktiki olaraq 19 avqust 2015-ci ildə parçalanıb və 76 rayon şöbəsindən 40-ı AXCP EQTK-da fəaliyyət göstərir. Belə bir vəziyyətdə Əli Kərimlinin AXCP adından çıxış etmək, AXCP-ni təmsil etmək və AXCP adından qurultay keçirmək səlahiyyətləri yoxdur və partiya adından keçirilməsi nəzərə tutulan qurultay legitim deyildir”.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda


Vüsal Qarayev: “Hədəfimiz Azərbaycan vətəndaşının azad, demokratik bir ölkədə, sosial rifah içərisində yaşamasıdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bildirib ki, Etimad Qurultayı tənqidçilərə tutarlı cavab oldu:

“AXCP-nin möhtəşəm qurultayından bir il ötdü. Bu işə başlayanda, yəni AXCP-ni yenidən daha güclü, daha demokratik partiya kimi formalaşdırmağı qarşımıza məqsəd qoyanda çoxları buna rişxəndlə yanaşdı, inanmadılar, fəaliyyətimizin qısa sürəcəyini düşündülər. Bu tip düşüncələrə ilk olaraq keçirdiyimiz qurultayla cavab verdik. Və AXCP tarixində ilk dəfə tam demokratik, gizli səsvermə yolu ilə sədr seçdik, Razi Nurullayev partiyanın sədri oldu. Eyni zamanda partiya tarixində ilk dəfə nizamnaməyə dəyişiklik edib, ömürlük sədr ənənəsini ləğv etdik. Bu bir il ərzində güclənməkdə davam etdik, bir çox rayon şöbələri yaratdıq, yaratmaqda da davam edirik. Sıralarımız hər gün genişlənir və güclənir”.

AXCP-nin ölkənin siyasi-iqtisadi böhrandan çıxması üçün təkliflər paketi hazırlayıb hökumətə təqdim etdiyini xatırladan Vüsal Qarayev deyib ki, iqtidar bu təkliflərdən faydalanıb:

“Bu təkliflərin bəzilərinə rəsmi cavab gəldi. Eyni zamanda hökumət apardığı bəzi islahatlarında partiyamızın təkliflərinindən də yararlandı. Hazırda sürətlə təşkilatlanmağa, güclənməyə davam edirik. Hədəflərimiz çox yüksəkdir. Əsas hədəf isə Azərbaycan vətəndaşının azad, demokratik bir ölkədə, sosial rifah içərisində yaşamasıdır”.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda


Nazim Manafov: “Yeni sədr idarəetməyə yeniliklər gətirdi”

AXCP Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov qeyd edib ki, qurultaydan keçən 1 il inkişafın göstəricisidir:

“AXCP-nin son qurultayından artıq 1 il keçir. Keçən bu müddət ərzində AXCP rəhbəri və digər məsul şəxslərin üzərinə çox böyük məsuliyyət düşdüyü məlum idi. Sevindirici haldı ki, onlar bu məsuliyyətin öhdəsindən uğurla gəldilər. Qurultaydan əvvəlki dönəmdə Azərbaycanın ən böyük müxalifət partiyası hesab olunan AXCP artıq dağılmaq təhlükəsilə qarşı-qarşıya qalmışdı. Hakimiyyətin göstərdiyi basqılar bir kənara, partiya daxilində, keçmiş sədr Əli Kərimlinin apardığı idarəetmə siyasəti partiyada təkhakimiyyətli sistemin qurulmasına səbəb olmuşdu. Heç bir müxalif fikir qəbul edilmirdi. Məlum olduğu kimi, bunun üzərinə partiya üzvlərinin iştirakı ilə qurultay təşkil edildi və yeni sədr seçildi”. Nazim Manafov deyib ki, yeni sədr yenilikləri də özü ilə gətirdi: “Necə deyərlər dəyişiklik inkişafın təməlidir. Artıq AXCP daha kübar və daha mütərəqqi inkişaf yolu seçmiş bir partiyadır, son bir il ərzində, rayon şöbələrinin yenidən formalaşdırılıb, bu qurumların tərkibində gənclər üzrə müavin postu və gənclər komitəsi yaradılıb. AXCP-nin qarşısında duran əsas məsələlərdən biri 2018- ci il prizident seçkilərinə hazırlaşmaq, qələbə uğrunda mübarizə aparmaqdır”.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda


Şakir Məmmədov: “Elçibəy ideya-siyasi xəttini davam etdiririk”

“Qarşı-qarşıya gələn güclər həmişə əks qütbü zərərsizləşdirmək üçün “parçala, hökm sür” taktikasından yararlanırlar. 1989-cu ildə Milli Azadlıq Hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəyin rəhbərliyi altında Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edildi. Bu partiya vahid güc mərkəzi olduğundan xalqın dəstəyilə lider Əbülfəz Elçibəy prezident seçildi. Azərbaycanın müstəqilliyini həzm etməyən Rusiya və İran kəşfiyyat orqanları AXCP sıralarına öz agentura şəbəkəsini yerləşdirə bildi”.

Bunu AXCP Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədov deyib. Onun sözlərinə görə, AXCP şinelindən çıxan əqidə insanları partiyadan ayrılaraq müxtəlif siyasi təşkilatlar yaratmağa başladılar:

“Bu taktikadan sonra AXCP zəifləməyə başladı. Buna da qane olmayan şəbəkə AXCP-ni içəridən parçalamağa başladı. Bununla da AXCP hakimiyyəti qiyamçıların qaşısında duruş gətirə bilmədi. 2015-ci il 18 oktyabrda parçalanmış AXCP-dən kənar salınmış, inciyərək ayrılmış veteran cəbhəçi və gənc fəalların təkidi ilə Razi Nurullayevin rəhbərliyi altında AXCP-nin Etimad Qurultayı keçirildi. Hazırda partiya Əbülfəz Elçibəy siyasi xəttini davam etdirir. AXCP sıralarına gənclərin axını davam edir. AXCP lideri Razi Nurullayev korrupsioner məmurlara qarşı barışmaz mövqeyini ortaya qoyub”.

AXCP: Xalqın təşkilatı inkişaf yolunda


Şirvani Hümbətoğlu: “Xalq AXCP sədri Razi Nurullayevə inanır”

AXCP Nərimanov şöbəsinin sədri Şirvani Hümbətoğlu bildirib ki, AXCP Azərbaycanın siyasi həyatında müstəsna rola sahib olduğunu sübut etdi:

“1991-ci ilin 18 oktyabrı Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gündür. Xalqımız bu günü hər il sevinclə qarşılayır. 2015-ci il 18 oktyabrı da xalqımız və cəbhəçilər üçün əlamətdardır. Həmin gün AXCP-nin Etimad Qurultayı keçirilib. Demokratik şəraitdə baş tutan qurultayda AXCP bəzi ünsürlərdən təmizləndi”.

Ş.Hümbətoğlu deyib ki, AXCP bir sıra layihələrə imza atıb:

“Qurultaydan sonra bir necə lahiyələrə imza atdıq. Bunlardan İctimai Fikir Akademiyası (İFA), turizmlə bağli hökumətə verilən təkliflər paketi, gənclərlə bağlı problemlərin qaldırılması və ən əsası Vahid Qərar Şurası ideyasının ortaya atılması. Bu layihənin xalqa nə qədər töhfə verəcəyi və Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm roll oynayacağı məlumdur. Bu layihələrin müəllifi olan AXCP-nin demokratik yolla seçilmiş sədri hər kəsin yaxşı tanıdığı Razi Nurullayevdir. Onun apardığı demokratik siyasəti xalq dəstəkləyir və inanır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az