t s

» » 4 il Azərbaycanda yaşamış Gevorkyanlar ailəsinə cinayət işi açıldı

4 il Azərbaycanda yaşamış Gevorkyanlar ailəsinə cinayət işi açıldı

10-03-2015, 00:32 Yazar:  Aygün Baxılıb: 411 Çap et
4 il Azərbaycanda yaşamış Gevorkyanlar ailəsinə cinayət işi açıldıErmənistanın Milli Təhlükəsizlik Xidməti 4 il əvvəl Azərbaycana qaçan və ötən ilin dekabrında geri qaytarılan Gevorkyanlar ailəsinə qarşı cinayət işi qaldırıb.

Ər-arvad Yegişe və Ruzanna Gevorkyanlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Gevorkyanlar ailəsi 2010-cu ilin yanvarında Naxçıvan istiqamətindən Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycandan sığınacaq istəyib. Ermənistanda təqib olunduqlarını və sıxışdırıldıqlarını, yaşamaq imkanından məhrum olduqlarını bildirən ailə 4 il Azərbaycanda saxlanılıb. Üçüncü ölkəyə getmək istəsələr də onları qəbul etməyə hazır olan ölkə tapılmayıb.

Ailə başçısı Ermənistanda müxtəlif cinayətlərə görə 7 dəfə məhkum olunub və Azərbaycana qaçarkən ağır cinayətdə şübhəli bilinirdi.

Erməni mənbələri bildirir ki, indi Gevorkyanlara qarşı qaldırılmış cinayət işinə əsasən onları ən çoxu 3 il həbs gözləyir. Ailə bu ittihamla bağlı şərh verməyib.

Xatırladaq ki, Ermənistana qaytarılandan sonra Yegişe Gevorkyanı kameraların qarşısına çıxarıblar. Erməni residivist Azərbaycanda saxlanılarkən “qəddar rəftara məruz qaldıqlarını”, “hər gün siçovullar gəmirən toyuq əti yeməli olduqlarını” demişdi.

Lakin Ermənistanda həkimlərin apardığı müayinə zamanı məlum olmuşdu ki, 4 il Azərbaycanda “qəddar rəftar”la üzləşən ailənin üzvlərinin səhhətində heç bir problem yoxdur.

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:51 Türkiyə - Ermənistan sərhədində gərginlik Rusiya sərhədçiləri daha bir nəfəri tutublar Türkiyə-Ermənistan sərhədində bir nəfər saxlanılıb. Rusiya sərhədçiləri Türkiyədən Ermənistana keçmək isətəyən bir nəfəri tutublar. Xəbəri Eusiyanın Ermənistanda fəaliyyət göstərən Federal Təhlükəsizlik Xidməti təsdiqləyib. FTX-nin açıqlamasında
18:23 Ermənistanda mitinq- Fotolar+Video Ermənistanın paytaxtı İrəvanda mitinq keçirilib. Mediaxeberleri.az anspress-ə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya bu gün saat 15:10-da paytaxtın mərkəzi Azadlıq meydanında başlayıb. Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya
23:23 Bakı İrəvavanı yerində oturtdu (VİDEO) Nalbandyanın sərsəm bəyənatına, Azərbaycan XİN cavab verdi Ermənistan xarici işlər naziri Eduard Nalbaldyan ötən gün Kəlbəcərdə qurama məhkəmələri keçirilən girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarmayacıqları barədə açıqlama yayıb. Nalbaldyan deyib ki, iki girovun heç birini
11:16 Ukraynada azərbaycanlılar yol polisini döyüb öldürdü Onları 10 ilədək həbs cəzası gözləyir. Ötən ilin payızında Ukraynanın Lvov şəhərində yol polisi əməkdaşı və üç azərbaycanlı arasında kafelərin birində mübahisə polisin amansızcasına döyülməsi ilə nəticələnib. Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hüquq mühafizəçisi aldığı xəsarətlərdən
19:15 Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq Ermənistanda savaş başladı Ermənilər ölkədə yaxın günlərdə həbs dalğası və cinayət təqiblərinin şahidi olacaq. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, prezident Serj Sarkisyan və müxalifət arasında mübarizə artıq siyasi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az